Quyruqlu ulduz



1. Səhnəmizə bir Sphere (dairə) cismi yerləşdirin, v Radius 60, Segments dəyərini isə 72 edin.



2. Ardından Noise modify daxil edin və parametrlərini yuxarıdakı kimi edin. "Noise" qarışıqlıq deməkdir. Daha da sərt bir ulduz üçün dəyərləri bir az da qaldıra bilərsiniz.



3. Kürənin tam orta hissəsindən bir Spray Partikul Sistemi yerləşdirin və dəyərlərini yuxarıdakı kimi daxil edin.





4. Material Editoru açın və Diffuse kanalına Gradient daxil edərək, parametrlərini yuxarıdakı kimi daxil edin.





5. Kürəni seçin və sağ düymə ilə Properties panelinə daxil olun, açılan pəncərədən Object Channel dəyərini 2 edin və eyni şəkildə Spray cisminə də edərək, yalnız Object Channel dəyərini 2 yox, 1 olaraq daxil edin. Kürə 2, Spray isə 1 olacaq.

6. Rendering menyusunun altında yerləşən Video Post düyməsini sıxın, burada ilk olaraq bir görünüş bölgəsi seçin, sonra isə iki ədəd Lens Effect Glow yerləşdirin, son olaraq bir çıxış daxil edin. Çıxış dedikdə, yəni şəklin harda saxlanılmasıdır. Şəkil yox, video da etmək mümkündür.



7. İndi birinci Lens Effect Glow-u 2 dəfə sıxaraq açılan pəncərədən Setupa daxil olun, yuxarıdakı kimi bir pəncərə açılacaq. Buradan Properties altında yerləşən Object ID hissəsinə 2 yazın, Preferences bölümünə gələrək yuxarıdakı dəyişiklikləri daxil edin. Gradient dəyərini sol tərəf RGB=199-56-0, sağ tərəfə isə RGB=234-251-122 olaraq girin və Ok düyməsi ilə əməliyyatı qurtarın.



8. İndi isə, ikinci Lens Effekti sıxaraq Object ID bölməsinə 1 yazın, Preferences bölməsindəki dəyərləri isə, yuxarıdakı kimi daxil edib Ok düyməsi ilə çıxın.



9. Video Post-da Render edin. Render edərkən 70 frames-də render edin, çünki 1 frames-de Spray fəaliyyətdə olmayacaq. Son olaraq yuxarıdakı kimi bir cisim əldə etməlisiniz. Rəngləri və dəyərləri özünüzə müvafiq də dəyişdirə bilərsiniz. Daha da rəngli bir ulduz əldə etmək üçün.

«« Wire və 2 Sides nə işə yarayır?    Quyruqlu ulduz    Avtomobil təkəri »»
Share


Muəllif: Emin Novruzov


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database