Snow particle sisteminin incəlikləri



1. Max-ı resetləyin və ya yenidən başladın. "Create" menyusuna gələrək, buradan "Geometry" düyməsini sıxın və altında yerləşən açılqan menyudan "Particle Systemi" seçin və Top görünüş pəncərəsində bir Snow cismi yaradın.



2. Yuxarıda görüldüyü şəkildə yerləşməlidir.



3. Snow Partikul sistemini yaratdıqdan sonra Modify menyusundan istədiyiniz dəyişiklikləri edə bilərsiniz. Parametrlərin nə işə yaradığı haqda danışım:

Viewport Count: İşləmə səhnəsində yerləşən partikul ədədini müəyyənləşdirir.
Render Count: Render edilərkən görünəcək partikul sayını müəyyənləşdirir.
Flake Size: Dənəciklərin böyüklüyü üçün.
Speed: Yağışın sürətini müəyyənləşdirir.
Veriation: Dənəciklərin dağılmalarını müəyyənləşdirir.
Tumble : Dənəciklərin öz ətrafında dönməsini müəyyənləşdirir.
Tumble Rate: Tumblenin etdiyi əməliyyatın sürətini müəyyənləşdirir.
Flake - Dots - Ticks: Dənəciklərin hansı şəkildə görsənməsini müəyyənləşdirir. "Render" menyusunda yer alan seçimlər isə səhnə render edilərkən hansı şəkildə görsənməsini təyin edir.
Start: Animasiyanın hansı saniyədən (frames) oynamasını təyin edir. Başlanğıc nöqtə.
Life : Yağan dənəciyin hansı frames-ə qədər görsənməsini müəyyənləşdirir.



4. Dənəciklərin parametrlərini uyğun daxil etdikdən sonra render edərək görə bilərsiniz. Yəni max səhnəsində dənəcikləri effektiv şəkildə görmək mümkün deyildir. Mütləq render edilməlidir.

«« Spray Partikül sistemi    Snow particle sisteminin incəlikləri    Raket alovu hazırlayaq »»
Share


Muəllif: Emin Novruzov


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database