Multi/Sub-Object-i incələyək



1. Multi/Sub - Object bir modelin hər hissəsinə müxtəlif rənglənməsini təmin edir. Nümunə olaraq səhnədə yuxarıdakı kimi bir qutu yaradırıq.



2. Box seçilərkən modifyer-dən Edit Mesh daxil edirik. Polygon modunda olan qutunun bir hissəsini seçirik.





3. Editable Mesh menyusunun ən alt hissəsindən Material bölməsindən Set ID olaraq 1 daxil edirik. Bu şəkildə qutunun digər yanlarına da fərqli rəqəmlərdə ID nömrəsi verin.



4 Klavişdən M düyməsini sıxaraq Material Editoru açın. düyməsini sıxın, açılan pəncərədən Multi/Sub-Object seçin. (Seçmək üçün üzərində 2 dəfə sıxın.)



5. Ardından Editor-da yuxarıdakı kimi bir bölüm açılacaqdır. Set Number yazan düyməni sıxın, açılan pəncərədən obyektə verdiyiniz ən böyük rəqəmi yazın. Ardından Material # yazan yeri sıxın və 1 olaraq daxil etdiyiniz bölməyə rənglənmə əməliyyatını aparın və ardından digərlərinə də etdikdən sonra materialı yaratdığımız box elementinə göndərin. Yəni burdakı ID nömrəsi ilə şəkildə ad verdiyiniz hissənin ID nömrəsi birləşəcək. Birinci mavi rəngdirsə, siz də qutunun üst hissəsinə 1 ID vermisinizsə, onda qutunun üst hissəsi mavi rəngdə olacaq.



6. Yuxarıdakı kimi qutunu müxtəlif rənglərlə render etdik. Bunun əslində bir çox yolu mövcuddur, lakin başa düşməyiniz üçün bunu bilməyiniz məsləhətdir.

«« Noise ilə kiçik təpələr    Multi/Sub-Object-i incələyək    Matte/Shadow ilə kölgə hazırlayaq »»
Share


Muəllif: Emin Novruzov


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database