Editable Poly ilə səma cismi modelləyək



1. Yeni bir Max səhnəsi açın və L=160 W=230 H=50 ölçülərinə sahib bir Box obyekti çəkin. "Length Segs" dəyərini 2 edin.



2. Box elementini seçin və sağ düyməni (konteks menyu) sıxaraq, qutunu Editablapoly-yə çevirin. Modify menyusuna gələrək Vertex alt seçim moduna keçin. Qutunun sol tərəfindəki bütün nöqtələri seçin və Delete ilə silin. Ardından Mody - Symmetry dəyişdiricisini daxil edin. Mirror Axis olaraq Y-i seçin və altındakı "Flip" düyməsinə işarə qoyun. Təkrar EditablePoly və Show and Resul düyməsini sıxın. Artıq daxil etdiyiniz Modifyer EditablePoly üzərində ikən aktiv olacaq. Polygon-un alt tərəfinə gedin və bir 15, bir də 35 dəyərində Extrude daxil edin. Vertex moduna keçin, Top görünüş pəncərəsində modelin qarşı tərəfindəki vertex-ləri yuxarıdakı kimi dəyişdirin.



3. Polygon moduna keçin, 15020 dəyərində iki dəfə Extrude daxil edin. Vertex moduna gəlin, Left görünüş pəncərəsində qanadların ən sonunda yerləşən 8 noqtəni yuxarıdakı kimi, bir az yuxarı doğru qaldırın.



4. Təkrar PolyGon moduna gəlin və Extrude-dən istifadə edərək, yuxarıdakı kimi şəkil almağa çalışın.



5. İndi modelin qarşı tərəfini şəkildəkinə oxşadın. Asanlıq üçün front pəncərəsindən edə bilərsiniz.



6. Üst tərəfinidə ExtrudeMove istifadə edərək şəkildəkinə oxşadın.



7. İndi arxa tərəfini modelləyək. İlkdə modelin arxasındakı Polygonu seçirik, 60 dəyərində Extrude daxil edirik. Ardından şeçili tərəfə 10 dəyərində Bavel və ardından da təkrar 40 dəyərində Extrude daxil edin.



8. Modelləməni tamamladıq, ancaq hal-hazırda modelimiz tək bir parçadan ibarət deyil. MeshSmootg daxil etdiyimizde istəmədiyimiz görünüşlər əldə edə bilərik. Modify bölməsindən Symmetry seçin və ardından modelin üzərində sağ düyməni sıxaraq, bunu əvvəl etdiyimiz kimi EditablePolygonu çevirin. Artıq model tək bir obyekt oldu.



9. Sonda MeshSmooth daxil edin. Yuxarıdakı kimi model əldə etməlisiniz.

«« FDD modifier-indən istifadə edərək vaz modelləyək    Editable Poly ilə səma cismi modelləyək    Torpaq və sudan ibarət ərazi düzəldək »»
Share


Muəllif: Emin Novruzov


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database