Daha çox işıq, daha canlı səhnə



1. İşıqlandırılacaq səhnəni açın. Mən yuxarıdakı kimi bir model götürdüm.



2. Top görünüş pəncərəsinə keçərək, Lights-Free Spot əmrilə bir Spot yerləşdirin.



3. Yaratdığınız spot işığını Shift düyməsi sıxılı ikən sürükləyərək buraxın. Ardından yuxarıdakı pəncərə açılacaq. Buradan Instance seçirik. Instance etməyimizə səbəb bir işıqda etdiyimiz bütün dəyişikliklər digər işıqda da həyata keçirilsin. Copy dəyərini isə 5 olaraq daxil edin və OK sıxın.



4. Bu üsulla səhnəyə cəmi 36 ədəd işıq yerləşdirin. Eyni şəkildə 6 işığı seçib, 6 copy çıxararaq tezliklə 36 işıq kopyalaya bilərsiniz.



5. Ardından bütün işıqları seçin və Modyfi menyusundan Bend dəyişdiricisini daxil edin. Parametrlərini yuxarıdakı kimi edin. Bu əməliyyatı etdikdən sonra təkrar bend daxil edin. Bunun da parametlərini eyni edin, yalnız Directionu=0 olaraq dəyişdirin. Əməliyyatdan sonra bütün işıqlar modelimizə doğru baxmalıdır. Şəkildəki kimi.



Bütün işıqlar modelə döğru baxırlar.



6. İşıqlardan hər hansı birini seçin və modify menyusundan SpotLight parametrlərini yuxarıdakı kimi dəyişdirin. Multiplier dəyərini 0.030 olaraq girin.



7. Shadow ON edin. Shadow parametrlərini də yuxarıdakı kimi dəyişdirin.



8. Spot rəngini açıq sarı rəngi qədər dəyişdirin. Klavişdən F9 sıxaraq Render edin. Yuxarıdakı kimi bir səhnə olmalıdır.



9. Səhnəyə bir dənə TargetSpot yerləşdirin, bu, səhnə içərisindəki əsas işıq mənbəyi hesab edilir. Shadow-u ON edin və Shadow Map parametrlərindən Bias 1, Size 512, Sample Range dəyərində 10 olaraq dəyişdirin. Spot rəngini digər spotların rənglərindən bir az daha açıq sarı rəng edin.



10. Nəticədə yuxarıdakı kimi səhnə almalısınız.

«« Avtomobil diski modelləyək    Daha çox işıq, daha canlı səhnə    Biped nədir? »»
Share


Muəllif: Emin Novruzov


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database