Biped nədir?



1.Max resetləyin Systems > Biped əmrlərindən səhnəyə yeni bir Biped obyekti yerləşdirin.



2. Biped yerləşdirdikdən sonra yuxarıdakı menyunun açıldığını görəcəksiniz. Bu menyu haqda danışaq:
Menyunun əsas özəlliyi biped, yəni insan skeletinin bütün orqanlarında dəyişiklik etmək üçündür. İndi bütün dəyişiklik ediləcək parametrləri öyrənək:

Arms: İşarəni götürdükdə qollar və əllər silinir.
Neck Links: Boyun yüksəkliyini müəyyənləşdirir.
Spine Links: Onurğa sayı.
Leg Links : Ayaqları kontrol edər.
Tail Links: Quyruq əlavə edər.
Pontytail1 links: Baş arxasına at quyruğu yerləşdirər.
Pontytail2 links: Yuxarıdakı əməliyyatı 2 edər.
Fingers: Barmaq sayı.
Finger Links: Əlavə barmaq sayı.
Toes : Ayaq barmaqlarının sayı.
Toe Links : Ayaq barmaqlarına əlavə olunanların sayı.
Props : Kömək əlavə edər.
Ankle Attach : Ayaq və ayaq biləyi köməyi əlavə edər.
Height: Biped-in ümumi uzunluğunu müəyyənləşdirər.
Triangle Pelvis: ?
Forearm Links: Dirsək və bilək arasındakı burulma.
Forearm Links : Dirsək və bilək arasındakı bağlantını müəyyənləşdirər.



3. Yuxarıda bir Biped obyektinə aid dəyişdirmə parametrlərini öyrəndik. Bildiyiniz kimi, artıq CS, Max ilə birlikdə gəlir. Biped obyektinin parametrlərinin çox olması ondan irəli gəlir ki, hər bir model fərqli olur. Əlbəttə ki, Biped-lə işləmək istəsəniz, yaratdığınız modelin insana bənzərliyi olmalıdır. Modelleri yalnız bipedlə yox, başqa yollarla da hərəkət etdirmək mümkündür.

«« Daha çox işıq, daha canlı səhnə    Biped nədir?    Biped-in normal yeriməsi »»
Share


Muəllif: Emin Novruzov


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database