Biped insan skeletini hərəkətləndirmək



1. Biped ilə modellərinizə istədiyiniz hər hansı hərəkəti etdirmək mümkündür. Mən nümunə olaraq Biped-ə Jim hərəkəti etdirəcəyəm.
Dərsə başlayaq:
-Max resetləyin və səhnəyə yeni Biped yerləşdirin. Bipedin orqanlarında dəyişiklik etmək üçün saytımızda ona uyğun dərs mövcuddur. Şəkildə mən ancaq biped-in əl barmaqlarını uzatmışam, siz istəyinizə görə dəyişiklik edə bilərsiniz.



2. Ardınca Motion Panelinə keçərək "BodyRotation" düyməsinin köməyilə Biped-i yuxarıdakı şəklə uyğun döndürün. Biped-i hərəkət etdirmək üçün ("BodyRotation" düyməsi ilə) mütləq biped-in mərkəz nöqtəsi seçilməlidir. Şəkildə görürsünüz. (Biped-i səhnəyə yerləşdirdikdə standart olaraq mərkəz seçilmiş olur.)





4. Səhnəyə bir qutu yerləşdiririk və ardından qolları və ayaqları qutunun üstündə dayanacaq şəkildə dəyişdiririk. Qutunu bir yer (pol) kimi nəzərdə tutun.



5. Ovucun içini seçərək "Key Info" altındakı "Set Planted key" düyməsini sıxın, ardından eyni əməliyyatı digər ovuca da edin. Daha sonra ayaqlardan birini seçin və buna da eyni əməliyyatı edin. Sonra digər ayağa daxil edin. Bundan sonra Biped-in əlləri və ayaqları Box object-inə sabitlənmiş olacaq. Əməliyyatın olub-olmadığını "Body Vertical" ilə yoxlaya bilərsiniz.



6. Body Vertical ilə ayaq və əlləri yerdən qalxmayacaq şəkildə yuxarıya doğru çəkin. Copy\Paste altındakı Copy Posture əmrini daxil edin, beləliklə, bir pozisiyanı yaddaşa almış olduq. Ardından yenə "Body Posture" əmrinin köməyilə aşağıya doğru endirib təkrar "Copy Posture" düyməsini daxil edin.



7. Time Configuration-a gələrək frame dəyərini "20" edin. "Auto Key" düyməsini sıxın, "0"da "Copies Posture" altında yerləşən açılqan menyudan "Ver01" seçin və "Pate Posture" əmrini basın. 10 frames-e gəlin "Ver02" daxil edin, son olaraq da 20 frames-e gedin və "Ver01" daxil edin. Play düyməsini sıxaraq hərəkəti görə bilərsiniz. Biped yuxarıdakı kimi hərəkət etməlidir. Bu dərs bir az mürəkkəb olsa da, ardıcıllığı addım-addım həyata keçirsəniz, alınacaqdır.

«« Biped-in normal yeriməsi    Biped insan skeletini hərəkətləndirmək    Bulud hazırlayaq »»
Share


Muəllif: Emin Novruzov


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database