Bulud hazırlayaq



1. Max resetləyin və "Heplers" menyusundan Sphere Gizmo düyməsi ilə səhnəyə bir Gizmo yerləşdirin. Modify menyusundan Gizmo-ya aid olan parametrləri yuxarıdakı kimi dəyişdirin. New Seed düyməsini sıxın. Max yeni rəqəmlər yaradacaq ki, bu da buludun dəyişik formalara düşməsini təmin edir.



2. Uniform Scale əmrilə Gizmo-ların şəkillərini dəyişdirməyə çalışın.



3. Edit menyusuna gələrək burada Clone əmrini sıxın və 2 ədəd daha yeni gizmo yaradın. Bunları tək-tək seçərək modify menyusuna gəlin və New Seed düyməsini sıxaraq rəqəmlərini dəyişdirin. Bunu etməyimizə səbəb hər üç buludun görünüşünün müxtəlif olmasıdır. Buludların ölçülərini yuxarıdakı kimi etməlisiniz.



4. Ən əsas bölməyə gəldik. Render menyusundan Enviroments bölməsinə daxil olun. Yuxarıdakı kimi menyu açılacaqdır. Add düyməsini sıxaraq açılan pəncərədən Fire Effect seçin və OK verin. Gizmos yazan menyunun altında yerləşən Pick Gizmo düyməsini sıxın və bu effekti daxil edəcəyimiz gizmo-nu seçin. Colors bölməsində isə rəngləri yuxarıdakı kimi dəyişdirin və başqa dəyişiklik etmədən pəncərəni bağlayın.



5. Arxa plan olaraq bir şəkil seçin və render edin.

«« Biped insan skeletini hərəkətləndirmək    Bulud hazırlayaq    Sadə bir stəkan hazırlayaq »»
Share


Muəllif: Emin Novruzov


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database