Array texnikası



1. Max resetləyin və yuxarıdakı kimi bir model hazırlayın. Simmetrik bir qutu da ola bilər. Eyni yuxarıdakı kimi olması vacib deyil.



2. Yuxarıdakı şəkildə diqqət etdinizsə, Pivot nöqtəsi qutunun tam ortasındadır. İndi biz bu pivot nöqtəsini modelin kənarına çəkməliyik. Bunu etmək üçün yuxarıdakı şəkildədə görürsünüz Hierarchy menyusunun altdında yerləşən "Affect Pivot Only" əmrindən istifadə edəcəyik. Düyməni sıxdıqdan sonra Move ilə Pivotu istədiyiniz yerə çəkə bilərsiniz. Bu əməliyyat hərəkətləndirmələrdə tez-tez lazım olacaq. Pivot hər hansı obyektin x, y, z yönlərinə doğru itələnməsini təmin edir. Hər hansı obyekti seçdikdə, bu üç ox işarəsini görə bilərsiniz.



3.Yuxarıdakı şəklə baxarsanız, Pivotun hansı yönə doğru yerinin dəyişdirildiyini görəcəksiniz.



4. Sıra gəldi Array əmrinə. Array bölməsinə Tools > Array menyusundan gedə bilərsiniz. Aşağıdakı menyu açılacaqdır. İşarələnmiş yerləri dəyişdirin. Move bölümündəki z=700 dəyərində yüksəkliyi daxil edirik. Rotation y=60 dəyəri y yönünə doğru 60 dərəcə dönməsini daxil edirik. z=360 z yönünə 360 dərəcə fırlanacağını müəyyənləşdirdik. 1D=16 isə nə qədər çoxaldılacağını müəyyənləşdirdik. Yəni obyektin kopyası. Parametləri bu şəkildə daxil edin.



5. Əməliyyatların sonunda yuxarıdakı kimi bir ardıcıllıq əldə etməlisiniz. Array əmrlərindən bir neçə nümunə özünüz edərək, nə olduğunu asanca başa düşə bilərsiniz. Gələcəkdə professional 3D-çi olduğunuz vaxt Arrayın işinizə çox yarayacağını görəcəksiniz.

«« Sadə bir stəkan hazırlayaq    Array texnikası    İstilik effekti »»
Share


Muəllif: Emin Novruzov


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database