İstilik effekti



1.Hörmətli 3D dünyasının nümayəndələri. Bu dərsdə sizə sadəcə məntiqi başa salaraq təyyarələrin istiliklə yaratdıgı qaz effektini hazırlayacağam. Əlbəttə havanın isti olduğu hallarda da həmin effekti görmək mümkündür. Qeyd edirəm ki, dərsdən istifadə etməyiniz üçün 3D Max və After Effect-i minimal səviyyədə bilməyiniz şərtdir. Əks təqdirdə, bir az çətinlik çəkə bilərsiniz.
İlk olaraq səhnəmizi hazırlayaq:



2. Təyyarə modelini internetdən hazır tapa bilər, yaxud özünüz modelliyə bilərsiniz. Şəkildəki kimi, təyyarənin arxasına bir Plane yerləşdirib üzərini bitmapla aeroport şəkli daxil etdim. Arxa şəkli material editordan illuminationunu 100 edərsəniz, işıq və kölgələr ona təsir etməz.



3. Daha sonra, təyyarənin arxa tərəfinə partikllardan SuperSpray yerləşdiririk.



4. Daha sonra isə, particle əməliyyatlarını daxil edirik. Burada diqqət edəcəyiniz bir məqam var ki, təyyarənin arxasından çıxan dənəcikləri render edərkən qara rənglərindən ibarət olmasıdır. Çünki After Effect-dəki Displacement effecti Ağları =100, qaraları isə =0 dəyərlərində tanıyır. İndi particle dəyərlərini yuxarıdakı kimi dəyişdiririk.



5. Render etdiyimizdə səhnədə belə bir şəkil alınmalıdır.



6.Bunun partiklini isə ayrıca render etməliyik. Çünki After Effect-də yalnız qara və ağ tonları istifadə etməli olacayıq.



7. İndi keçək After Effect-də. Bildiyim qədərilə After Effect-in 5.0 versiyasından sonrakı bütün versiyalarında Displace effekti var. Ancaq After Effect-iniz Pro (Professional) deyilsə, axtarmağınıza ehtiyac yoxdur. Çunki Pro olmayan versiyalarda bu plugin yerləşdirilməyibdir.
After Effect-də yeni bir Composite yaradırıq və təyyarə layerinə effektimizi yerləşdiririk.
Effect - Distort - Displacemenet Map. Təyyarə layerinin altına Composite layerimizi yerləşdiririk.
(Particle layeri alta qoymağımızın səbəbi sonuncu composite görsənməyəcəyindəndir, əslində ən üstə də qoya bilərik, ancaq görünməz etməliyik). "Effects" pəncərəsindən Displacement Map layer hissəsinə Particle layerini göstəririk. Effektləri bir az özünüz də qurtdalayaraq, effektiv səhnələr hazırlaya bilərsiniz.

«« Array texnikası    İstilik effekti
Share


Muəllif: Emin Novruzov


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database