Cədvəllərarası əlaqənin yaradılması

Qruplar cədvəlinin KadrlarID sütunundakı ədədlər Kadrlar cədvəlinin yazılarının nömrələrinə uyğun olmalıdır. Bunun üçün iki cədvəl arasında əlaqə yaratmaq lazımdır. Xidmətà Əlaqələr (Toolsà Relationships) əmrini seçin. Açılan Cədvəllər pəncərəsində aralarında əlaqə yaratmaq istədiyiniz cədvəlləri seçin. Əlavə (Add) düyməsini sıxın.

Mausun sol düyməsini sıxın və buraxmadan Kadrlar cədvəlinin KadrlarID sətrini Qruplar cədvəlinin KadrlarID sətrinin üzərinə gətirin. Açılan pəncərədə Yaratmaq (Create) düyməsini sıxın. Yaranmış əlaqənin parametrlərini sazlamaq üçün əlaqə xəttinin üzərində mausun düyməsini iki dəfə sıxın. Açılan dialoq pəncərəsində Verilənlərin bütövlüyü təmin edilsin (Enforce...), sonra isə Əlaqədar yazıların ardıcıl pozulması (Cascade Delete...) şərtlərini qeyd edin ki, Kadrlar cədvəlindən bir yazı pozulanda onunla əlaqədar olan Qruplar cədvəlinin yazıları da pozulsun. Əlaqələr (Relationship) pəncərəsini bağlayın.

«« Verilənlərin sıralanması    Cədvəllərarası əlaqənin yaradılması    Sorğu Ustası »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database