Sorğu Ustası

Cədvəldən verilənləri bir çox üsullarla seçmək mümkündür. Məsələn, yazıları müəyyən bir qaydaya əsasən və ya verilmiş şərtlərə uyğun olaraq seçmək olar.

Sorğular bir və ya bir neçə cədvəldən verilənləri seçib yeni cədvəl yaradır.

Sorğuların yaradılmasında istifadəçiyə yardım məqsədilə Access-in tərkibinə Sorğular Ustası əlavə edilmişdir. Ustanın köməyilə Kadrlar və Qruplar cədvəllərindən verilənləri seçək.

Bazanın əsas pəncərəsində Sorğular (Queries) düyməsini sıxın. Ustanın köməyi ilə sorğunun yaradılması (Create Query By Using Wizard) düyməsinin üzərində mausun düyməsini iki dəfə sıxın. Açılan Cədvəllər və sorğular siyahısından (Tables and Queries) Kadrlar cədvəlini seçin.

Sahələr (Available Fields) siyahısından Soyadı sətrini seçin, sonra ">" düyməsini sıxıb bu sahəni Seçilmiş sahələr ( Selected Fields) siyahısına keçirin. Eyni üsulla Kadrlar cədvəlinin Adı sahəsini, sonra isə Qruplar cədvəlinin Qrup və Tarix1 sahələrini də seçilmiş sahələr siyahısına əlavə edin. İrəli (Next) düyməsini sıxın. Bir də İrəli (Next) düyməsini sıxın. Sorğuya Pedaqoqlar adı verib Son (Finish) düyməsini sıxın. Access sorğunu tərtib edib onu yerinə yetirəcək.

Sorğunun yerinə yetirilməsi yığma cədvəl yaradır. Bu yığma cədvəldə hər bir müəllimin (əməkdaşın) qrupları haqqında məlumat toplanmışdır. Kadrlar və Qruplar cədvəlləri KadrlarID sahəsinin vasitəsilə biri birinə bağlıdır. Kadrlar baş cədvəl, Qruplar isə baş cədvəldən asılı olan cədvəldir (bu o deməkdir ki, Qruplar cədvəlinin hər yazısına Kadrlar cədvəlinin tək bir yazısı uyğun gəlir). Ona görə sorğunun yığma cədvəlinə Qruplar cədvəlindən növbəti qrup haqqında məlumat daxil ediləndə, müəllimin adı Kadrlar cədvəlindən götürülür. Bu zaman hər iki cədvəlin KadrlarID sahələrinin qiymətləri eyni olmalıdır.

«« Cədvəllərarası əlaqənin yaradılması    Sorğu Ustası    Sorğular konstruktoru »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi