BIOS-un təyinatı



BIOS-un böyük hissəsi sisteminizi qoşduqda işləyir, vəzifəsini tamamlayır və əməliyyat sisteminiz fəaliyyətə keçdikdə, BIOS kənara çəkilir. Buna baxmayaraq, vəzifəsi bitmiş sayılmır, çünki sistemin dərinliyindəki bəzi funksiyalar və enerji qənaət funksiyaları hələ BIOS-un məsuliyyətindədir. Sisteminizdə bir problem olmadıqda, ya da yeni taxdığınız bir təchizat, başqa bir təchizat ilə üst-üstə düşmədikcə, BIOS arxa planda işləməkdədir.

İlk dəfə hazırlandıqda, BIOS-un 4 funksiyası var idi:
1. Sistem açıldıqda, ilk olaraq aparat hissəsinə nəzarət edərək, bir səhv olub-olmadığını təsbit etmək (Power On Self Test - POST)
2. Sistem işlədikdən sonra, RAM yaddaşı davamlı olaraq təzələmək
3. Sistem açılanda bəzi kiçik RAM bloklarına sisteminiz haqqında məlumatlar yazmaq. Bunun məqsədi isə, proqramlarınızın sisteminizdəki təchizatlar haqqında məlumat sahibi olmamasıdır, məsələn, bir proqramın yaddaşdakı müəyyən bir sahəyə baxaraq, neçə Gb-lıq bir disk istifadə etdiyinizi və neçə diskinizin olduğunu anlaya bilməsi üçün. Bu bloklara "BIOS Data Area" deyilir.
4.Proqramlarınızın aparat hissəsi ilə əlaqələndirilməsini təmin etmək

İndiki vaxtda, inkişaf etmiş əməliyyat sistemləri BIOS-un gördüyü bir çox işi üzərlərinə götürürlər. BIOS hələ də var və əsas əməliyyatlar üçün lazımlıdır, amma əməliyyat sistemləri çoxu BIOS parametrini də keçə bilirlər. Məsələn, BIOS-un Setup ekranına girib, sistemə taxılı disklərinizdən birini sıradan çıxarsanız da, Windowsa girərkən, diskin yerində olduğunu görəcəksiniz.

BIOS-un ilk funksiyası sistemin açılmasını təmin etməkdir. Əgər prosessorunuza nə edəcəyini söyləməsəniz, ana platanın üzərində öz başına işləyəcək. Halbuki BIOS, prosessorunuza ilk əsas əmrləri verərək, sistemin açılışını başladır. POST əməliyyatı tamamlandıqdan sonra da, idarəni digər proqramlara verir. Bu sayədə PC-lərimizin universal olması təmin edilir, yəni əməliyyat sisteminə aid xüsusi BIOS-a ehtiyac duyulmur. BIOS işini qurtardıqdan sonra, əməliyyat sistemi fəaliyyətə keçir.

«« BIOS haqqında    BIOS-un təyinatı    BIOS-a daxil olma »»
Share


Muəllif: Elviz İsmayılov


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database