BIOS nizamlarını dəyişdirmək



BIOS-un istifadəçini ən çox maraqlandıracaq qismi, əslində BIOS-un bir funksiyası kimi düşünülməmiş olan System Setup, yəni Sistem Nizamları qismidir. Bir çox ekrandan ibarət olan bu nizam sistemində, sisteminizin bir çox hissəsi ilə əlaqə yarada bilər, prosessor və yaddaş sürətindən, modeminizin istifadə etdiyi IRQ-yə qədər hər detala müdaxilə edə bilərsiniz.

BIOS proqramı
Variantlar arasında gəzmək üçün ox düymələrini istifadə edin, istədiyiniz menyuya girmək üçün Giriş (Enter) düyməsini basın. BIOS menyusundakı bir varianta çatmaq üçün ox düymələriylə istədiyiniz başlığı seçili hala gətirin. Giriş (Enter) düyməsinə basdığınızda, bir alt menyu qarşınıza gəlir. Seçdiyiniz nizamla əlaqədar seçimi dəyişdirmək üçün müsbət [+] və ya mənfi [-] düymələrini istifadə edə bilərsiniz, Page Up və Page Down düymələri də eyni işi görəcəklər. Ana menyu ekranından alt menyulara çata bilmək üçün bu üsulu istifadə edə bilərsiniz, bəzi alt menyuların da altında özlərinə aid alt menyular ola bilər, istədiyinizi nizama çatmaq üçün menyunun getdiyi yerə qədər getməlisiniz.

Alt menyuları açmaq
Çox variant [+] və ya [-] düymələrinə basılaraq dəyişdirilə bilər. Bəzi nizamlarda isə, menyu içində gəzişərək variantlar arasında seçim etmək lazım ola bilər.

«« BIOS-a daxil olma    BIOS nizamlarını dəyişdirmək    BIOS səhv siqnalları »»
Share


Muəllif: Elviz İsmayılov


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database