Visual C# - Dəyişənlər



Bu dərsimizdə C#-da istifadə olunan dəyişənlərdən bəhs edəcəyik.

C#-da iki tip dəyişən vardır:
1) Dəyər tipli dəyişənlər. (Value type)
2) Referans tipli dəyişənlər (Reference type)

Dəyər tipli dəyişənlər:

C# AdıCTS QarşılığıŞərh Max və Min aralıq qiyməti
sbyteSystem.Byte8 bit işarəli tam ədəd-128 : 127
shortSystem.Int1616 bit işarəli tam ədəd-32.768 : 32.767
intSystem.Int32 32 bit işarəli tam ədəd-2.147.483.648 : 2.147.483.647
longSystem.Int64 32 bit işarəli tam ədəd-9.223.372.036.854.775.808 : -9.223.372.036.854.775.807
byteSystem.Byte8 bit işarəsiz tam ədəd0,177083333
ushortSystem.UInt1616 bit işarəsiz tam ədəd0 : 65.535
uintSystem.UInt3232 bit işarəsiz tam ədəd0 : 4.294.967.295
ulongSystem.UInt6464 bit işarəsiz tam ədəd0 : 18.446.744.073.709.551.615
floatSystem.Single32 bit sürüşkən nöqtəli+ya da - 1,5*10-45 : + ya da - 3,4*1038
doubleSytem.Double64 bit sürüşkən nöqtəli+ya da - 5*10-324 : + ya da - 1,7*10308
decimalSystem.Decimal128 bit sürüşkən nöqtəli+ya da - 1,5*10-28 : + ya da - 7,9*1028
boolSystem.BooleanMəntiqi dəyişəntrue ya da false
charSystem.CharHərf-rəqəm tipli dəyişən16 Unicode simvolları

Referans tipləri:
1) Object - C#-da bütün obyektlər bu dəyişən altında saxlanılıb.
2) String - Unicode simvollarından ibarət mətn (string) məlumatları bu dəyişənə mənimsədilir. C#-da string deyilərkən, mətn nəzərdə tutulur.

C# AdıCTS QarşılığıŞərh
objectSystem.ObjectBütün dəyişən tiplərinin törədiyi mənbə
stringSystem.StringUnicode simvollarından ibarət dəyişən

Dəyişənlər yaddaşda (RAM) olan məlumatlardır. Bir dəyişəni istifadə etdiyimiz zaman, o dəyişənin yaddaşda olan yerdəki məlumatını istifadə etmiş olarıq.
Dəyər tipli dəyişənlərlə referans tipli dəyişənlərin əsas fərqi, dəyər tipli dəyişənlərin məlumatı birbaşa olaraq yaddaşdan almasıdır. Referans tipli dəyişənlər isə, başqa bir obyekti referans - istinad alırlar. Yəni referans tiplər bilavasitə məlumatı deyil, məlumatın istinadını yaddaşda tutur.

C#-da dəyişənlər aşağıdakı kimi yazılır:

// [dəyişənin tipi] [dəyişənin adı]
// Məsələn:
int reqem;
bool mentiqi = false;
double b=2.45;
string = "Bu, bir mətndir"; // Buahh, yaxşı görüm, dedim bəs rəqəmdir. (:
Bu arada C#-da tək sətirlik şərh yazmaq üçün ardıcıl iki slash-dən (//) istifadə olunur. Slash-lər şərhin əvvəlində gəlməlidir. Şərhlər proqram tərəfindən oxunmur, sadəcə proqram yazan şəxsin asan işləməsi üçün yaradılıb.
C#-da bir çox proqramlaşdırma dillərindən fərqli olaraq, dəyişənin tipini vermək məcburidir. Yazdığımız dəyişən üçün də bir dəyər mənimsədilməlidir (əgər qlobal olaraq tanımlanmayıbsa), çünki əgər bu dəyişən üçün CSharp özü default (susmaya görə) qiymət fikirləşməyibsə, deməli, biz mütləq verməliyik. Bir çoxları bu özəllikləri sevməz, amma məncə bütün bunlar CSharp-ın yaxşı tərəfləridir.

static void Main(string[] args)
{
 int yas;
 //yas = 21;
 Console.WriteLine(yas);
}
Nəzərə alsaq ki, şərhlər arasındakı yazılar proqram tərəfindən hesaba alınmır, onda bu qənaətə gələ bilərik ki, yuxarıdakı proqram hissəsi xəta verəcək. Çünki yuxarıda yazdım ki, CSharp-da dəyişən tanımladıqsa, ona mütləq ilkin dəyərini verməliyik.

String
Yalnız mətn tipli məlumat qəbul edir. Bu cür yazılır.

string ad="Elşən";
// Mütləq qoşa dırnaq işarəsi qoyulmalıdır.
Const - Sabit

// Sabit dəyişənlər yazmaq üçün istifadə olunur.
const double PI = 3.14;
Bool
Məntiqi dəyər qəbul edir. Nəzərə alaq ki, iki tip məntiqi dəyərin varlığı mümkündür. Doğru və Yanlış - müvafiq olaraq True və False

bool mentiq=true;
bool mentiq2 = false;

«« Visual C# - Giriş    Visual C# - Dəyişənlər    C# - Şərt ifadələri (if) »»
Share


Muəllif: BEASOFT


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database