Giriş

Microsoft Excel - Elektron cədvəllər redaktorudur. O verilənlər cədvəli ilə işləmək üçün nəzərdə tutulmuş güclü bir proqramdır. Belə ki, Excel müxtəlif növ verilənləri nizamlamağa, analiz etməyə, qrafiki təsvir etməyə və hesabatları effektiv yerinə yetirməyə imkan verir. Microsoft Excel-in işə qoşulması üçün mauzun göstəricisini tapşırıq sətrində Başlanğıc (Start) düyməsinə yaxınlaşdırın və mauzun sol düyməsini basın. Açılan əsas menyu səhifəsindən Proqramlar sətrini seçin. Sonra, açılmış siyahıdan Microsoft Excel proqramının adında mauzun sol düyməsini basın. Beləliklə ekranda Microsoft Excel pəncərəsi açılır.


Excel

Giriş    Excel pəncərəsinin ümumi görünüşü »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database