Microsoft Excelin kitab və işçi vərəqləri

Excel sənədləri kitablar adlanır. Hər bir kitab müvafiq işçi vərəqlərindən ibarətdir, bir qayda olaraq bu vərəqlər əlaqəli məntiqi informasiyadan ibarət olur. Mauzun göstəricisini Standart (Standard) menyusuna yaxınlaşdırın və Yeni (New) düyməsini seçin. Beləliklə siz yeni kitab yaratmış olacaqsız.

Yeni işçi vərəqi əlavə etmək üçün mauzun göstəricisini vərəqin sərhəddinə gətirin və mauzun sağ düyməsindən kontekst menyunu açın. Açılmış menyu pəncərəsindən Yerləşdirmək (Insert) əmrini seçin. Yerləşdirilmiş işçi vərəqinin Adı dəyişmək (Rename) əmrinin köməkliyi ilə dəyişdirilə bilər. Məsələn, əmrini çağırın və vərəqə "Hesabat" adını daxil edin.

Yeni işçi vərəqi əlavə etmək üçün Yerləşdirmək (Insert) menyusundan da istifadə etmək olar. Yerləşdirmək (Insert) menyusunu açın və İşçi vərəqi (Worksheet) əmrini seçin. Hər bir vərəq 65536 sətr və 256 sütundan ibarətdir.



Şablonlar Excel sənədlərinin əsasını təşkil edir. Sizin ixtiyarınıza xeyli şablon verilmişdir, belə ki, siz bu şablonların əsasında Excel sənədlərini yarada bilərsiniz. Lakin şəxsi istək əsasında xüsusi sənədlər də yaradıla bilər. Fayl menyusunda Yeni (New) əmrini seçin. Açılmış pəncərədən siz iş üçün istənilən şablon seçə bilərsininz.

«« Excel pəncərəsinin ümumi görünüşü    Microsoft Excelin kitab və işçi vərəqləri    Sətir və sütunlar »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi