Formatların təyini

Microsoft Excel redaktoru verilənlər üçün müxtəlif formatlardan istifadə etməyə imkan verir. Bu formatlar verilənlərin daxil edilməsindən əvvəl və sonra istifadə edilə bilər. Xananın formatlaşdırılmasını yerinə yetirmək çox asandır. Xananı qeyd edin, kontekst menyudan Xanaların formatı (Format Cells) əmrini seçin. Açılmış pəncərədən müvafiq formatı seçin, məsələn, Rəqəm (əgər qeyd edilmiş xanada ədəd varsa). Beləliklə siz xanaya rəqəm formatı verdiniz.



Digər formatlardan istifadə edək: xananı qeyd edin, mauzün göstəricisini Format menyusuna gətirin və Xanalar (Cells) altmenyusunu seçin. Ədəd (Number) səhifəsində formatlar siyahısında Pul (Currency) formatını seçin. Daha sonra Ədədin kəsr hissəsində rəqəmlərin sayı (Decimal Places) sahəsində 2 ədədini qeyd edin. Və nəhayət xanaya "927" ədədini daxil edin. Gördüyünüz kimi, rəqəm pul formatında təsvir edilmişdir.

Digər misal, Fayl menyusunda Açmaq (Open) əmrini seçin və Traininq adlı faylın üzərində mauzu 2 dəfə basın. A2-dən A7-ə qədər diapazonu qeyd edin və kontekst menyudan Xanaların formatı (Format Cells) əmrini seçin, Ədəd (Number) səhifəsində Tarixi (Date) seçin və Tip sahəsində - 14-mar-00 variantını qeyd edib OK -i basın. Diqqət edin, verilənlər necə dəyişdi.



1 deyil 2 və daha artıq xana daxil edilmiş xanalar diapazonunu formatlaşdırmaq üçün, ilk növbədə mütləq həmin diapazon qeyd edilməlidir. Xanaları qeyd edin, sonra mauzun sol düyməsi sıxılı vəziyyətdə kursoru sütun istiqamətində hərəkət etdirin ( ya sətr, ya da sətr və sütun). Bu üsulla siz xanalar diapazonunu qeyd etdiniz. Yenidən Format menyusundan Xanalar (Cells) əmrini seçin. Həmin əmri kontekst menyudan da çağırmaq olar.

Avtoformat əmrindən istifadə edərək siz vaxta qənaət edə bilərsiniz. Format menyusunda yerləşən Avtoformat əmrindən istifadə etməklə siz verilənlərə əvvəlcədən müəyyən edilmiş formatları, şrifti, düzlənməni tətbiq edə bilərsiniz. Verilmiş cədvələ usta formatları tətbiq edək. Avtoformat dialoq pəncərəsində "List 2" formatını seçin. Cədvəl formalaşdı.

«« Xanalar və verilənlərin daxil edilməsi    Formatların təyini    Xanaya daxil edilmiş verilənlərin düzlənməsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi