Şərti formatlaşdırma

Şərti formatlaşdırmanı 1 çox verilənlərə, o cümlədən cədvələ tətbiq etmək olar. Məsələn cədvəl satış haqqında yekun məlumatlardan ibarətdir və deyək ki, cədvəl daxilində hər hansı bir qiymətin $10000-dən aşağı düşdüyü halda xananın formatı dəyişsin. Bunu növbəti misalda araşdıraq. E18:E22 xanalar diapazonunu qeyd edin və Format menyusunu seçin. Açılan menyuda Şərti formatlaşdırma (Conditional Formattinq) əmrini seçin. Ekranda eyni adlı dialoq pəncərəsi yaranır. Bu pəncərədə şərt göstərilir.

Beləliklə, 1-ci şərt sahəsində Xananın qiymətini (Cell Value is) seçin və şərt kimi böyük və ya bərabərdir 10 000 şərtini göstərin. Format düyməsini basın və pəncərədə qalın (Bold) stilini və Rəng (Color) sahəsində qırmızı rəngi göstərin. Ok-i basmaqla daxil edilmiş şərti təsdiq edin. Gördüyünüz kimi, yerinə yetirilmiş əməliyyatın nəticəsində "Sifarişin cəmi" sütununda qoyulmuş şərtə müvafiq olan qiymətlər qeyd edilib.

«« Xanaya daxil edilmiş verilənlərin düzlənməsi    Şərti formatlaşdırma    Xanaların təmizlənməsi və ləğvi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database