İstifadəçi siyahıları

Tez-tez işçi vərəqində müəyyən ardıcıllıqlığı təkrar etmək lazım gəlir. Belə tip verilənlərin daxil edilməsini asanlaşdırmaq üçün Microsoft Excel redaktorunda İstifadəçi siyahıları istifadə edilir. Belə siyahını yaratmaq üçün Xidmət (Servis) menyusunda Parametrlər (Options) əmrini seçin. Ekranda bir sıra səhifələrdən ibarət olan Parametrlər (Options) pəncərəsi açılacaq. İstifadəçi siyahıları (Custom Lists) səhifəsində mövcud siyahılar göstərilmişdir. Şəxsi siyahınızı yaratmaq üçün Yeni siyahını (New Lists) seçin və Siyahının elementləri (Lists entries) sahəsində mauzu basın. Ardıcıl olaraq qiymət, say, vergi, kurs, gəlir sözlərini daxil edin və Əlavə et (Add) düyməsini sıxmaqla yeni siyahını mövcud siyahılar sırasına əlavə edin. Beləliklə siyahı yarandı. Bu siyahıdan istifadə edək. Xanaya yeni siyahının elementlərindən hər həansı birini daxil edin və doldurma işarəsini çəkin çəkin. Gördüyünüz kimi qalan xanalara siyahının elementləri köçürülüb.



İstifadəçi siyahıları mövcud xanalar diapazonunun qeyd edilməsi ilə də idxal edilə bilər. Verilənləri idxal etmək üçün, ilk növbədə gələcək siyahının verilənləri yerləşən xanalar diapazonunu qeyd edin (göstər A1:D1 Traninq.xls faylında). Parametrlər (Options) dialoq pəncərəsində İstifadəçi siyahıları (Custom Lists) səhifəsinə keçin. İdxal (İmport) düyməsini basmaqla qeyd edilmiş verilənləri yeni siyahıya əlavə etmiş olursız.

«« Əməliyyatın təkzibi    İstifadəçi siyahıları    Verilənlərin surətnin çıxarılması, kəsilməsi və yerləşdirilməsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi