Parametrlərin seçilməsi

Parametrlərin seçilməsi (Goal seek) əmrinin köməyi ilə istənilən nəticəni verən qeyri məlum qiyməti tapmaq olar. F14 xanasını qeyd edin və düstur sətrində gəlirin hesablanması üçün düsturu daxil edin, yəni "=" işarəsindən sonra =B14*C14*E14*(1-D14) daxil edin və Enter-i basın. Nəticədə biz gəlir kimi 960 qiymətini aldıq.

Gəlir göstərilmiş xananı qeyd edin. Məmulatın qiymətini dəyişmək yolu ilə istədiyimiz nəticəni almağa cəhd edək. Servis "Tools" menyusunda Parametrlərin seçilməsi (Goal seek) əmrini seçin. Eyni adlı pəncərədə Qiymət (To value) sahəsində istədiyimiz gəlir qiyməti kimi 1500 göstərin, Xananı dəyişərək (By changing cell) sahəsində isə məmulatın qiyməti xanasını qeyd edin, Ok düyməsini basın. Beləliklə, biz aldıq ki, gəlirin 1500 olması üçün məmulatın qiyməti neçə olmalıdır.

«« Ssenarilər dispeçeri    Parametrlərin seçilməsi    Siyahının analizi üçün filtirlərin istifadə edilməsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi