İşçi vərəqin formalaşdırılması

Verilənlər cədvəlinə diqqət edin. V22 xanasına 1 neçə sətirdən ibarət olan ifadə yazılmışdır. Bu effekt Xanaların formatlaşdırılması (Format cells) dialoq pəncərəsinin Düzlənmə (Alignment) səhifəsində Mətni keçirmək (Wrop Text) sahəsinin aktivləşdirilməsi ilə həyata keçirilir..

B20:D24 diapazonunu qeyd edin və kontekst menyudan Xanaların formatlaşdırılması (Format cells) əmirini çağırın, Şrift (Font) səhifəsinə keçin və sadalanan şriftlərin siyahısından hər hansı birini seçin, şriftin ölçüsünü 14-ə dəyişin və Qalın maili stili (Bold italic) seçin OK-i basın.

B19:D19 diapazonunu qeyd edin, Formatlaşdırma alətlər lövhəsində haşiyə düyməsini basın və qeyd edilmiş fraqment üçün 2 qat xətti seçin.

İndi isə B20:D20 diapazonunu qeyd edin, Xanaların formatlaşdırılması (Format cells) pəncərəsinin Naxışlar (Pattern) bölməsində bənövşəyi rəngi qeyd edin, B22:D22 və B24:D24 diapazonlarını da müvafiq olaraq formalaşdırın. Cədvəlin görünüşünün necə dəyişdiyinə fikir verin.

Yerləşdirmək (Insert) menyusunda Hiperəlaqə (Hyperlink) əmrini seçin. Hiperəlaqənin yerlşdirilməsi (Insert Hyperlink) pəncərəsində "WWW.BSTC.AZERI.COM" daxil edin və OK-i basın. Aktiv xanada yaranan əlaqəyə diqqət edin. Bu hiperəlaqəni basmaqla siz Bakı Elmi-Tədris Mərkəzinin web- səhifəsini açmış olursunuz.

«« Sənədə baxış rejimi, səhifənin parametrləri və çapı    İşçi vərəqin formalaşdırılması    İşçi kitabın mühafizəsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database