Macromedia Flash öyrənmək üçün bizə nə lazımdır?



Burada mən sizə Macromedia Flash 8 proqramının yüklənməsi barədə yazacağam. Odur ki bu versiyasını tapsanız daha rahat olar.

Deməli CD-nın işində Flash8-en.exe faylını tapırsınız.

Üzərində vurursunuz, biraz gözləyin. Və sonra belə bir pəncərəsə açılacaq.

Sonra bu pəncərədə Next vurursunuz. Daha sonra yenə bir pəncərə açılacaq.

Bu pəncərədə şəkildə göstərildiyi kimi, I accept the terms in the license agreement seçirsiniz və Next vurursunuz .

Burada da göstərilən kimi seçirsiniz və yenə Next.

Burada da yenə şəkildəki kimi Install Macromedia Flash Player seçirsiniz və Next.

Bu pəncərədə Install vurursunuz və proqramın kopüterinizə yüklənməsini gözləyin.

Proqram yüklənib qurtardıqdan sonra belə bir pəncərə gəlir. Finish vurun.

Proqramın işə salınması

İndi isə Macromedia Flash 8 proqramını işə salaq. Bunun üçün sizin kompüterin iş masasında (Desktop) belə bir işarə olacaq.

Onun üzərində vurun və növəbti addıma keçin.

«« Macromedia Flash    Macromedia Flash öyrənmək üçün bizə nə lazımdır?    Macromedia Flash ilə tanışlıq »»
Share


Muəllif: Kənan Abdullayev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database