Macromedia Flash ilə tanışlıq



Budur artıq proqramı işə saldıqdan sonra belə bir pəncərə açılır.



Daha sonra yeni fayl yaradaq. Bunun üçün File-New... seçirsiniz və ya sadəcə Ctrl+N vurmaqla da yarada bilərsiniz.

Açılan pəncərədə Flash Document seçirsiniz və OK vurursunuz. Və bundan sonra pəncərə belə görünəcək.


Bundan sonra isə proqram ilə tanış olaq. Deməli bütün işləri ortadakı ağ olan yerdə görəcəksiniz. Bundan sonra həmin hissəni səhnə kimi deyəcəyəm.

Sonra Tools(Alətlər) ilə tanış olaq. Burada bütün alətlər haqqında deyil, yalnız bizə tez-tez lazım olanlar haqqıda məlumat verəcəyəm. Daha sonra yeri gəldikcə hamısı ilə tanış olacağıq.

Selection Tool (V) - Seçmək üçün istifadə olunur
Free Transform Tool (Q) - Ölçüləri dəyişmək üçündür
Text Tool (T) - Yazı yazmaq üçündür
Oval Tool (O) - Dairə çəkmək üçün
Rectangle Tool (R) - Kvadrat çəkmək üçün
Pencil Tool (Y) - İstənilən formada xətt çəkmək üçün
Line Tool (N) - Düz xətt çəkmək üçün
Eyedropper Tool (I) - Ekranda istədiyiniz rəngin üzərində vurub həmin rəngi seçmək üçündür
Paint Bucket Tool (K) - Çəkdiyiniz şəkilləri rəngləmək üçündür
Ink Bottle Tool (S) - Hansısa formda çəkdiyiniz şəkillərin qıraq xətlərini rəngləmək üçün
Zoom Tool (M, Z) - Səhifəni böyüdüb-kiçiltmək üçündür
Eraser Tool (E) - Çəkdiklərini pozmaq üçündür
   

Alətlər barədə bu qədər bəsdir məncə. Sonra işlətdikcə daha da aydın olacaq. Alətləri elə mötərizənin içərisindəkilər ilə klaviatura ilə də çağıra bilərsiniz. Bunları əzbərləmək lazım deyil. İşlədikcə öyrənəcəksiniz.

Bu hissə haqqında(Timeline) çox yazmaq istəmirəm. Daha sonra ətraflı şəkildə bəhs edəcəyəm. Amma bircə onu bilin ki, rəqəmlərlə qeyd olunanları frem kimi yazacağam bundan sonra. Solda Layer 1 olan yerdə olanları da layer kimi yazacağam. Hələlik bu qədər.

Bu isə Library (Kitabxana). Burada sizin çəkdiyiniz şəkillər, moviecliplər və buttonlar olacaq. Bunlardan başqa video, şriftlər, komponent, musiqilər və s. də olur. Amma biz hələ bunlara baxmırıq.

Məncəbu qədər kifayət edər. Qalan hissələri də sonradkı addımlarda öyrənəcəyik.

«« Macromedia Flash öyrənmək üçün bizə nə lazımdır?    Macromedia Flash ilə tanışlıq    Yeni Flash fayl yaratmaq »»
Share


Muəllif: Kənan Abdullayev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database