Yeni Flash fayl yaratmaq



İlk əvvəl yeni bir fayl yaradırıq.

Bunun üçün File-New... seçirsiniz və ya sadəcə Ctrl+N vurmaqla da yarada bilərsiniz. Açılan pəncərədə Flash Document seçirsiniz və OK vurursunuz. Daha sonra File-Save seçib MyFlash adı ilə saxlayırsınız.

Sonra isə əsas menyudan Modify - Document seçirsiniz.

Ya da səhnədə sağ klikləyirsiniz.

Sonra şəkildə göründüyü kimi Document Properties... seçirsiniz. Və sonra belə bir pəncərə açılacaq.

Açılan pəncərədə Dimensions sizin hazırladığınız movienin ölçüləridir. Əgər biz eni 600, uzunluğu 300 olan bir movie hazırlamaq istəyiriksə onda width olan yerə 600, height olan yerə də 300 yazırıq.

Background color istifadə etməklə siz movienizin arxa planın rəngini seçirsiniz. Mən burda ağ saxlayacağam. Ölçüləri isə 600x300 və ya öz istədiyniz kimi edə bilərsiniz.

Budur artıq faylımız hazırdır. İndi bu faylı yenə saxlayın ki etdiyiniz dəyişikliklər saxlansın.

«« Macromedia Flash ilə tanışlıq    Yeni Flash fayl yaratmaq    Flash ilə şəkil çəkməyi öyrənək »»
Share


Muəllif: Kənan Abdullayev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database