Flash ilə yazı yazmağı öyrənək



İndi isə keçək yazı yazmağa.

İlk əvvəl yeni bir fayl yaradın. Sonra isə keçək yazı alətinə. Bu alət haqqında yazmışdım əvvəlcə. Deməli onu seçirsiniz.

Seçdikdən sonra da səhnədə mouse-un sol düyməsi ilə vurusunuz. Belə bir görüntü olacaq.

Daha sonra istədiyniz yazını yazırsınız. Bu arada Azərbaycan hərfləri ilə yazmaq yalnız Flash 8 üçündür.

İndi isə xüsusiyyətlər pəncərəsinə qayıdaq. Bu pəncərə haqqında məlumatınız var artıq. Əvvəlki dərsdən bilirsiniz. Deməli yazı yazandan sonra aşağıda belə bir yeni pəncərə yaranır yenə.

Burada artıq məncə hər şey aydınmdır. Yenə də bəzi şeyləri deyim.

Deməli yuxarıda gördüyünüz Static Text bu yazının sabit olduğunu göstərir. Yəni sonradan nə script, nə də başqa cür dəyişmək olmur onu. Hələ bizə belə lazımdır.

Sonra Arial olan yerdən istədiyiniz şriftlə yaza bilərsiniz. Rəngi və ölçülərini də dəyişə bilərsiniz. Eyni ilə əvvəlk dərsdə olduğu kimi. Qalanı isə hələ ki lazım deyil.

«« Flash ilə şəkil çəkməyi öyrənək    Flash ilə yazı yazmağı öyrənək    Timeline haqqında »»
Share


Muəllif: Kənan Abdullayev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database