Düymələr(Button) haqqında



İndi isə düymə hazırlayaq.

1. Yeni bir fayl yaradın. Sonra Insert - New symbol... (Ctrl+F8) seçin.

2. Açılan pəncərədə Type: -da Button seçin Ok vurun. İstəsəniz ad da verə bilərsiniz. Library-də o adla görünəcək(Ümumiyyətlə ad versəniz yaxşıdır, çünki işləyərkən rahat olsun deyə adlandırın).

3. Sonra şıkildəki kimi pəncərə açılacaqdır.

İndi isə bu barədə azca məlumat verim. Button-larda ancaq 4 frem olur. Şəkildə gördüyünüz kimi: Up, Over, DownHit.

Up - bu hissə düymənin ilk görünüşüdür.

Over - kursor ilə üzərinə gəldikdə görünür. Onu da deyim ki bu hissəyə movie də qoymaq olar. Bu zaman kursor düymənin üzərinə gəldikkdə həmin movie oynayacaq.

Down - bu frem kursor ilə düymənin üzərində vurduqda görünür.

Məncə aydırdır hər şey. Yəni düymənin üç vəziyyətidir.

İndi isə Hit fremi haqqında. Əvvəlcə deyim ki bu düymənin sahəsidir. İndi isə başa düşməyə çalışaq :) .

Tutaq ki belə bir vəziyyət var. Sizdə bir şəkil var. Və istəyirsiniz ki həmin şəkli kəsmədən (xatırladım ki bu video fayl da ola bilər), onun üzərində düymələr hazırlamaq istəyirsiniz(Əgər HTML haqqında məlumatınız varsa, ordaki Area teqi kimi). Bu zaman hansı formada düymə hazırlamaq istəyirsinizsə, Hit fremində həmin formada şəkil çəkirsiniz. Lakin bu şəkil görünmür. Sadəcə həmin şəklin sahəsində Button olur.

 

«« Animasiya    Düymələr(Button) haqqında
Share


Muəllif: Kənan Abdullayev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database