Topoloji tipləri



Fully Connected Topology
Tam birləşmiş topoloji
Tree Topology
Ağac Topoloji
Hybrid Topology
Hibrid Topoloji
Bus Topology
Şin Topoloji
Dual Ring Topology
İki qat Həlqə Topoloji
Star Topology
Ulduz Topoloji
Mesh Topology
Tor Topoloji
Linear Topology
Xətti Topoloji
Ring Topology
Həlqə Topoloji
Nodes
Nöqtələr, kompüterlər


Topolojini anlamanın ən asan yolu onu iki fərqli və sərbəst bölümə ayıraraq araşdırmaqdır:
1. Fiziki Topoloji
2. Məntiqi Topoloji

Fiziki topoloji, aralarında şəbəkə qurulmuş bir qrup kompüterə baxdığımızda gördüyümüz şeydir. Yəni kabel kompüterlər arasında necə dolaşır, kompüterlər bir-birlərinə necə bağlanmışdır kimi gözlə görülən materiallar fiziki topolojini aydın edir.
Məntiqi topoloji isə kabel bağlantı formalarının sərbəst şəkildə kompüterin məlumatlarını bir-birlərinə necə çatdırdıqlarını açıqlayır. Yəni mübadilə prosesinin gedişatından xəbər verir.
Topoloji əslində tək başına şəbəkə ilə bağlı bir çox mövzuya açıqlıq gətirmir. Məsələn: istifadə olunan kabelin tipi, maksimum uzunluğu, kompüterlərin kabelin istifadədə olub olmadığını necə təsbit etməsi kimi mövzular sadəcə topoloji ilə açıqlamaq mümkün deyil.
Fərqli topolojiləri istifadə edən fərqli şəbəkə sistemləri vardır. Bu texnologiyalar Ethernet, Token Ring və ya FDDI kimi adlara sahibdir. Hər şəbəkə texnologiyası istifadə etdiyi topoloji ilə bərabər, istifadə olunacaq kabel tipi, onun maksimum uzunluğu kimi mövzulara da aydınlıq gətirir. Hələ ki bu texnologiyalar haqqında öyrənməli olduğumuz məsələlər onların hansı topolojidən istifadə etdiyidir. Sonra bu texnologiyaları ayrı-ayrılıqda geniş şəkildə öyrənəcəyik.


<< Geri (2.2 Topolojilər)  |  2.2.1 Topoloji tipləri  |  2.2.2 Topoloji tipləri və inkişafı >>

«« Topolojilər    Topoloji tipləri    Topoloji tipləri və inkişafı »»
Share


Muəllif: Zabil İbayev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database