OSİ Modeli



OSİ modeli yuxarıda oxuduğunuz texnologiyaların standartlaşdırılıb bütün şəbəkə sistemləri üçün ümumi formaya gətirilmiş konstruksiyadır. Heç kəs sizə OSİ modelinə bax ya get OSİ modeli al deməyəcək. Bu kompüter şəbəkələrinin fiziki təchizatından tutmuş ta proqram təminatına kimi şəbəkə konstruksiyasıdır. Bir kompüterdən digərinə məlumat göndəriləndə baş verən proseslər standartlaşdırılmış formada aparılır və bu formanı anlamaq üçün OSİ modelini oxumalısınız. OSİ modeli şəbəkəni öyrənmək üçün ən mühüm bölmələrdəndir. Kompüter şəbəkələrinin ilk vaxtlarından, fərqli firmalar özlərinə məxsus texnologiyalarla şəbəkə sistemləri yaradır və satırdılar. Bu firmaların istehsal etdiyi şəbəkə kartları və texnologiyası öz kartlarından digər şəbəkə kartlarını və texnologiyalarını tanımırdı. Hər birinin özünə məxsus proqram təminatı və quruluşu var idi. Firmalar fərqli sistemlər və sürücülər istifadə etdiyi üçün fərqli firmaların şəbəkələri arasında əlaqə yaratmaq mümkün deyildi. Bu problem ümumi proqram təminatının yazılmasında da çətinliklər yaradırdı. Şirkətlər şəbəkə qurmaq üçün sadəcə bir firmadan kabel, şəbəkə kartı, hub(hab, xab), sürücülər və şəbəkə mübadilə sistemi daxil olmaqla bir paket şəklində çox baha qiymətə almaq məcburiyyətində idilər. Beləliklə, avtomatik olaraq bu firmadan asılı olurdular. Bu cür problemlərin artması ilə əlaqədar olaraq ümumi bir sistemin yaranması vacib oldu. Digər bir problem proqramlaşdırmada istifadə olunan hər firmanın özünə məxsus terminologiyasının olması idi. 1984-cü ildə International Organization of Standardization (ISO) adında bir qurum Open System Interconnection modelini (ISO)-nu yaratdı. ISO qurumun adının qısaltması deyil, latınca bərabər "isos" sözündən götürülüb. Qurum bütün şəbəkələrin eyni texnologiya əsasında işləməsi üçün çalışırdı. OSI Modeli dəyişilməz qanun deyil. İstəyən özü üçün şəbəkə sistemi yarada bilər. Amma OSI modelinin standartlarında olmazsa böyük ehtimal digər şəbəkələr tərəfindən tanınmayacaqdır yəni işləməyəcəkdir.

«« Birbaşa qoşulma üçün istifadə olunan kabel texnologiyaları və inkişafı    OSİ Modeli    Protokollar »»
Share


Muəllif: Zabil İbayev