Koaksial Kabel (Coaxial Cable)



Koaksial və ya qısaca "koaks" kabel, mərkəzdə ötürən kabel(D), kabelin çölündə bir plastik təbəqə(C), onun üstündə tor şəklində qoruma teli(B), ən çölündə yumşaq rezin çöl örtük(A) olur. Koaksial kabel elektromaqnit qarışıqlığı olan mühitdə aşağı gücdə siqnalları ötürmək üçün hazırlanmış bir kabeldir. Bütün şəbəkələrdə informasiya radio siqnallarına çevrilir və dalğavarı (sinusoid) formasında digərinə ötürülür. Əgər əsas mərkəzdəki simin üstü açıq olarsa o zaman informasiya göndəriləndə getdiyi yol boyunca itgiyə məruz qala bilər. Yuxarıdakı şəkildə sim üzərində plastik örtük olduğunu və onun da üzərində tor şəkilli qoruyucu ilə örtüldüyünü göstərmişdim. Plastik örtük informasiya dalğalarını sabit şəkildə ötürülməsini təmin edir. Yuxarıdakı qoruyucu rolunu oynayan tor sim maqnetik məkanlarda ötürmə dalğalarına mane ola biləcək maqnetik dalğalardan qorumaq üçündür. Koaksial kabel çox geniş istifadə olunmaqdadır. Səs və video göndərilməsində istifadə olunur. Çox fərqli formalarda qarşınıza çıxa bilər. Ancaq kompüter şəbəkələrində indiyə qədər istifadə olunan iki tip koaksial kabel vardır: RG-8 və RG-58. Koaksial kabel tipləri özləri RG kodlarına sahibdir. Kabel müəyyən bir uzunluqda elektrik axımına qarşı dura bilir. Koaksial kabellər çöldən baxıldığında bir-birlərinə çox bənzəyirlər, ancaq kabelə daha yaxından baxanda üzərində RG kodunu və om gücünü görə bilərsiniz. OM dəyəri "50 " və ya "75" şəkilində omeqa yazılır. İndi kompüter dünyasında işlədilmiş koaksial kabel tiplərinə baxaq.



<< Geri (5. Kabel tipləri)  |  5.1. Koaksial Kabel (Coaxial Cable)  |  Irəli (5.1.1 RG-8) >>

«« Kabel tipləri    Koaksial Kabel (Coaxial Cable)    RG-8 »»
Share


Muəllif: Zabil İbayev