Qorunan Örtüklü Dolanmış Cüt (Shielded Twisted Pair-STP)



Bu tip kabeldə dolanmış tel cütləri koaksial kabeldə olduğu kimi metal bir qoruma təbəqəsi ilə örtülüdür. TP kabellər ilk istifadəyə başlandığı vaxtlardan (bəlkə də koaksialdan keçid dövründə) STP kabel UTP-yə nisbətdə daha yaxşı qəbul edilmişdir. Ən çöldəki metal qoruma təbəqəsi elektromaqnetik məkanlarda həqiqətən kabel içindəki siqnalın pozulmasına mane olması gözlənilirdi. Ancaq STP-nin bahalı olması onun yayılmasına mane olmuşdur.

Köhnə qaynaqlarda STP-nin UTP ilə müqaisədə daha bahalı amma STP-nin maqnetik məkanlarda UTP-yə görə daha inamlı kabel olduğu bildirilir. Bu günlərdə bir çox qaynaqda isə STP-nin quraşdırılmasının çətin olduğundan və söyləndiyi qədər də yüksək qoruma ilə təmin etmədiyindən söz gedir. Hətta düzgün istifadə olunmadığında daha pis nəticələrə yol aça biləcəyindən bəhs edilir. STP istifadə ediləndə diqqət edilməsi lazımlı ən önəmli nöqtə, çöldəki metal qoruma düzgün bir şəkildə torpaqlanmasıdır. Əks halda qoruma elektromaqnit dalğaları toplayan bir antena vəzifəsini görür. Qoruma kabelinin heç bir nöqtəsindən zədələnməmiş olması da çox önəmlidir. Ən çöldəki qoruma ilə torpaqlama məlumatın keçdiyi bütün nöqtələrdə davamlı olaraq təkraralanması da çox önəmlidir. STP kabel Token Ring şəbəkələrində istifadə olunmuşdur ancaq Ethernet şəbəkələri üçün istənilməyən bir kabel tipidir.

«« Dolanmış Cüt Kabel (Twisted Pair Cable)    Qorunan Örtüklü Dolanmış Cüt (Shielded Twisted Pair-STP)    Qorunmayan Örtüksüz Dolanmış Cüt (Unshielded Twisted Pair-UTP) »»
Share


Muəllif: Zabil İbayev