Qorunmayan Örtüksüz Dolanmış Cüt (Unshielded Twisted Pair-UTP)



Bu günlərdə ən çox işlədilən UTP bir-birinə dolanmış cütlər halında və ən çöldə də plastik bir qoruması mövcud şəkildə istehsal olunmuşdur. Kabelin içində kabelin dayanıqlılığını artırmaq və lazım olduğunda çöldəki plastik örtüyü rahatca sıyırmaq üçün neylon bir ip mövcuddur. Tel cütlərinin bir-birinə dolanmış olmaları həm öz aralarında həm də çöl mühitində qarşılaşa biləcəyi siqnal pozulmalarının önünə keçmək üçün alınmış bir tədbirdir.

Kabel içindəki tellər cütlər halında bir-birinə dolanmışdır. Hər cütün bir əsas rəngi bir də "ağ" olanı vardır. Yuxarıdakı şəkildə də göründüyü kimi əsas rənglər portağal rəngi(turuncu), mavi, yaşıl və qəhvə rəngindədir. Bunlara sarılmış olan ağ tellər isə, digərləri ilə qarışmasın deyə, sarılı olduğu rənglə eyni bir əsas telə sahib olduğunu bildirir. Beləcə 8 telin də portağal rəngi(turuncu), portağal rəngi(turuncu)-ağ, mavi, mavi-ağ, yaşıl, yaşıl-ağ, qəhvə rəngi, qəhvə rəngi-ağ olmaq üzrə 8 fərqli rəngdə amma 4 qrupda toplanmış olduğunu görürük.

Bəzən aldığınız kabeldə rənglərin bir az solğun, hətta dəyişik olduğunu görə bilərsiniz. Hətta bəzən ağ kabellərin tamam xətsiz(zolaqsız) olması mümkündür. Ancaq keyfiyyətli və CAT5(və ya yuxarı) kabellərdə əsasən problem çıxmır. Hər bir ikinci tel əsas telə müvafiq rənglənir.

«« Qorunan Örtüklü Dolanmış Cüt (Shielded Twisted Pair-STP)    Qorunmayan Örtüksüz Dolanmış Cüt (Unshielded Twisted Pair-UTP)    Unshielded və shielded twisted pair kabel standartları »»
Share


Muəllif: Zabil İbayev