Unshielded və shielded twisted pair kabel standartları



• Cat 1: Hal hazırda TIA(Telecommunications Industry Association)/EIA(Electronic Industries Alliance) tərəfindən tanınmır. Əvvəllər telefon POTS(Plain old telephone service), ISDN və qapı zəngi kabellənməsi üçün istifadə edilirdi.

• Cat 2: Hal hazırda TIA/EIA tərəfindən tanınmır. Əvvəllər 4 Mbit/s Token Ring şəbəkələrində istifadə olunurdu.

• Cat 3: Hal hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur, 16 MHz sürətindəki şəbəkələrdə istifadə olunurdu. 10 Mbit/s Ethernet şəbəkələrində istifadə olunması ilə populyardır.

• Cat 4: Hal hazırda TIA/EIA tərəfindən tanınmır. 20 MHz sürətində işləmə qabiliyyəti var və 16 Mbit/s Token Ring şəbəkələrində geniş istifadə olunmuşdur.

• Cat 5: Hal hazırda TIA/EIA tərəfindən tanınmır. 100 MHz sürətində işləmə qabiliyyəti var, və 100 Mbit/s Ethernet şəbəkələrində istifadə olunmuşdur. 1000BASE-T Gigabit Ethernet uyğun deyildir.

• Cat 5e: Hal hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur. 100 MHz sürətində işləmə qabiliyyəti var və 100 Mbit/s və Gigabit Ethernet şəbəkələrində istifadə olunur.

• Cat 6: Hal hazırda TIA/EIA-568-B tərəfindən qəbul olunur. 250 MHz sürətində işləmə qabiliyyəti var. 5 və 5e daha güclüdür.

• Cat 6a: 10 Gbit/s şəbəkələr üçün gələcək kabel standartı.

• Cat 7: ISO/IEC 11801 üçün qeyri rəsmi addır. Class F kabelləmə sinifi. Bu standart individualdır və xüsusi hallarda istifadə olunur. 600 MHz sürətində işləmə qabiliyyəti var.

Kompüter şəbəkələrində əvvəl 10 Mbit Ethernet vaxtlarında CAT3 kabel çox geniş istifadə edilmişdir.

100 Mbit Ethernetin inkişaf etdirilməsi ilə CAT5 kabellər istehsala başlanılmışdır və hələdə istifadə olunmaqdadır.

UTP kabelin çöldən görünüşü.

CAT3 və CAT5 bir-birinə çox bənzəyirlər. Ancaq hər kabelin üzərində kateqoriyası yazılır. Kabelin kateqoriyası istehsal keyfiyyəti ilə bağlıdır. Keçirilən müxtəlif testlər ilə kabelin göstərilən sürətlərdə elektrik siqnallarını nə qədər sağlam və az itki ilə göndərdiyi, maqnit mühiti təsirinə qarşı siqnalı nə qədər qoruya bildiyi ölçülmüşdür. Testlər ilə ortaya qoyulan ölçülər kateqoriyanın kriteriyasıdır. Bu kriteriyalara uyğun kabel bu kateqoriyanı adını almağa haqq qazanır. CAT5 ilə 100 Mbit sürətində məlumatı ötürə bilərsiniz. Bir sonrakı standart CAT5e (Enhanced CAT5, inkişaf etdirilmiş CAT5) standartıdır. CAT5e CAT5 ilə eyni quruluşda olub, daha yuxarı səviyyəyə çatan kabeldir. CAT5e ilə Gigabit sürətinə çatmaq olar. Gigabit ethernet-də CAT5 istifadə etmək mümkün olmağına baxmayaraq CAT5e daha çox məsləhət görülür

CAT6-da da eyni vəziyyətdən söz gedir. CAT5e-dən də daha yüksək ölçülərə çata bilən bir kateqoriyada yer alan kabeldir. CAT6 hal hazırda 568A standartına əlavə olunmuşdur. Yəni rəsmi istifadəyə verilmişdir. 1000Mhz sürəti üçün, gigabit ethernet üçün ən uyğun kabeldir. Gördüyünüz kimi görünüşdə də elə bir fərq yoxdur. CAT6a isə əsil adı "Augmented(çoxaldımış, artırılmış)- Category 6"- adlanır. 10 Gigabit Ethernet üçün nəzərdə tutulub.

1 fərq daha çox nəzərə çarpır aralarındakı Seperator(ayırıcı).

CAT7 hələ ki inkişaf və test mərhələsindədir. Digərlərinin əksinə fərqli bir quruluşu olacaqdır. Hər tel cüt metal qoruma örtüyü ilə sarılmış, hamısı birdən digər bir metal qoruma örtüyü ilə örtüləcəkdir. CAT7 RJ-45-dən tamamən fərqli bir jak konnektor(birləşdirici başlıq) istifadə edəcəkdir. UTP kabel ilə bağlı digər bir məsələ isə "stranded" və "solid" kabel fərqləndirilməsidir. Yəni çox damarlı stranded və tək damarlı solid kabel adlanır. Conductor-naqil, Single-tək deməkdir.

Bu günlərdə yeni qurulan bir şəbəkədə əsasən CAT5 və ya CAT5e istifadə olunur. Bu kateqoriyalarda Bakı kompüter mağazalarında rahat tapılırlar.

«« Qorunmayan Örtüksüz Dolanmış Cüt (Unshielded Twisted Pair-UTP)    Unshielded və shielded twisted pair kabel standartları    Fiber Optik Kabel (Fiber Optic Cable) »»
Share


Muəllif: Zabil İbayev