Direct, Multicast və Broadcast Adresləri

Direct(birbaşa) mesajlar bir kompüterdən digər kompüterə birbaşa göndərilirlər. Multicast(Çoxlu məntiqi əlaqə) bir qrup kompüterin eyni məlumatı almasını təmin edir. Bunun üçün məlumatı şəbəkənin multicast adresinə yollayırıq. Multicast adresi də siyahıda olan kompüterlərin MAC adreslərinə həmin məlumatı göndərir. Yəni multicast bir növ məntiqi hub vəzifəsini görür. Broadcast(Geniş məntiqi əlaqə) adresi isə 48 biti də bir olan xüsusi bir adresdir. Bu adresə yollanmış məlumat paketini alan hər şəbəkə kartı bu paketi qəbul edir və paket ilə məşğul olur. Bəzən bütün kompüterlərə getməsi lazım olan bir mesaj göndərmək lazım ola bilər. Bu vəziyyətdə mesajı daşıyan məlumat paketləri broadcast adresinə yollanır beləcə şəbəkəyə qoşulan bütün cihazlar bu mesajı alırlar.



<< Geri (6.1.1MAC adreslərinin istifadəsi)  |  6.1.2 Direct, Multicast və Broadcast Adresləri  |  Irəli (6.2 CRC zədə kontrolu) >>

«« MAC adreslərinin istifadəsi    Direct, Multicast və Broadcast Adresləri    CRC zədə kontrolu »»
Share


Muəllif: Zabil İbayev