CRC zədə kontrolu



Cyclic(Sayklik) Redundancy(Rıdandınsi) Check(çek) məlumat paketlərinin elektrik siqnalı kimi kabeldən keçərkən zədəli olmaları halında, bu zədələnmənin yəni məlumat paketinin qarşıya ötürülərkən yolda dəyişmiş halda çatdığının təsbiti üçündür. Göndərən tərəf, məlumat paketinə qoyulacaq məlumatı riyazi bir hesablamadan keçirir. Hesablamanın nəticəsi CRC kodudur. Məlumat və CRC kodu qarşı tərəfə yollanır. Alan tərəf paketi açır, məlumatı oxuyur, eyni riyazi hesablama məlumata tətbiq olunur. Nəticə əgər məlumat yolda zədələnmədən, yəni bir bit-i belə dəyişmədən gəlmiş isə, CRC kodu ilə eyni olmalıdır. Əks halda alan tərəf göndərən tərəfə həmin paketi təkrar yollamasını bildirir. Bu nöqtəyə qədər ən başda qarşımıza çıxan iki problemi yəni məlumatın paketlər halında necə göndəriləcəyini və şəbəkəyə daxil sistemlərin bir-birindən necə ayırd ediləcəyini (MAC adresi ilə) öyrəndik. Sıra gəldi kimin məlumat paketini yollamaq üçün kabeli necə istifadə edəcəyini təyin olunmasına.

«« Direct, Multicast və Broadcast Adresləri    CRC zədə kontrolu    CSMA/CD haqqında »»
Share


Muəllif: Zabil İbayev