CSMA/CD haqqında



Ethernet texnologiyası məlumatların ötürülməsi mühitinə daxil olan zaman konfliktlərə icazə verilməsi metodudur. Bu metodu əsasən CSMA/CD(Carrier Sense Multiple Access with Collision Detection) adlandırırlar. Bu nə deməkdir

Ötürülənlərin(daşınanların) təyin olunması(anlama) (Carrier Sense) bu o deməkdir ki Ethernet şəbəkəsində olan bütün cihazlar həmişə kabel sistemində bir kompüterdən digərinə ötürülən məlumat siqnallarının mövcudluğunu yoxlayırlar. Bu siqnal daşıyıcı adlanır və Ethernet şəbəkəsində hər bir kompüter daşıyıcının nə vaxt azad olduğunu və nə vaxt məşğul olduğunu təyin edə bilər.

Çox sahəli giriş(keçid) (Multiple Access) bunun mənası, Ethernet şəbəkəsində bütün kompüterlər tamamilə eyni hüquqa malikdirlər və kabel sisteminə siqnalın ötürülməsi üçün xüsusi icazə tələb olunmur. Bundan əlavə, çoxsahəli giriş o deməkdir ki, Ethernet şəbəkəsində xətt üzrə eyni vaxtda sadəcə 1 məlumat ötürülməsi baş verilə bilər.

Toqquşmanın(çarpışmanın)aşkar edilməsi(üzə çıxardılması, hiss olunması) (Collision Detection) texnologiyası icazə verir ki Ethernet şəbəkəsində eyni vaxtda bir neçə aparata məlumatın göndərilməsini aradan qaldırsın. Ethernet şəbəkələri bu şəkildə işləyirlər: şəbəkə kompüterləri şəbəkə kabelini dinləyirlər, əgər daşıyıcı boşdursa o zaman kompüterlər məlumat göndərilməsi ilə məşğul olurlar. Əgər iki kompüter eyni zamanda məlumat göndərmək istəsə nə baş verər? Ethernet şəbəkələrinin ən böyük problemi budur, eyni zamanda iki kompüter məlumat göndərərsə hökmən şəbəkədə konflikt(collision) yaranacaqdır. Bu problemə çarə sayılan СSMA/CD metodu ilə şəbəkə kabeli dinlənilir və qoşulmuş cihazlardan heç bir siqnal göndərilmirsə göndərilmə həyata keçirilir. Bu yoxlama siqnalı göndərmə prosesi hər paket göndərilən zaman həyata keçirilir. Əgər iki kompüter də kabeli yoxlayan zaman və ya paket göndərməyə hazırlaşan zaman başqa kompüterində kabeli yoxladığını hiss edirsə(Collision Detection) o random(təsadüfi)rəqəm götürür məsələn 1-10 aralığında və o qədər millisaniyə gözləyir və yenidən yoxlamaya keçir. Əgər şəbəkədə kompüterlərin sayı çoxdursa o zaman o 1-100 arasından da bir rəqəm seçə bilər. Bu metod yüz faiz qarantiya vermir ki səhv olmayacaq və ya paket yerinə tam dəqiqliyi ilə çatacaq. O sadəcə olaraq СSMA/CD siqnal(sorğu) yayma üsulu ilə başqa cihazlarla toqquşmamaq üçün metoddur. Ethernet hər paketi 16 dəfə göndərməyə cəhd etdikdən sonra göndərə bilmirsə o paketi məhv edir. Bu hal kabelin çox işlək və ya xarab olduğu zaman baş verə bilər. Bu halda da OSİ modelinin üst layları bunu proqram təminatı ilə izləyərək həll etməyə yəni yenidən göndərməyə çalışacaqdır. TCP/İP vasitəsi ilə məlumatı alan tərəf göndərən tərəfə məlumatın tam olmamağı barədə xəbər verir.

«« CRC zədə kontrolu    CSMA/CD haqqında    Ethernetin sürəti haqda »»
Share


Muəllif: Zabil İbayev