Ethernetin sürəti haqda



10, 30, 50 fərqi yoxdur işçi sayısı olan bir iş yerində Ethernet şəbəkəsi işlədilirsə və saat 9-da hər kəs kompüterini açanda şəbəkəyə qoşulmaqda çətinlik çəkirlər. Bu zaman bütün kompüterlər Collision toqquşmasına başlayırlar. Lori desək şəbəkədə qırğın gedir. Şəbəkənin nə qədər güclü olmasına baxmayaraq o ilk dəqiqələrdə performansının ən aşağı səviyyəsində olur. Amma gün ərzində şəbəkə tam funksional olmasa da yaxşı işləyir. Nəyə görə tam olmasa da dedim, şəbəkə kartlarının sürətləri 10 Mbit\san və ya 100Mbit\san olmağına baxmayaraq, da əsas gücü aparan СSMA/CD –nin yoxlama siqnalları şəbəkəni hər zaman dolu olmasına səbəb olur. Nə etmək olar hələ ki ETHERNET ən yaxşısıdır. Ethernet rəsmi olaraq ilk satışa çıxarıldığında koaksial kabel istifadə edərək 10Mbit/Saniyə sürətində çalışırdı. İlk model olaraq da 10Base5 bazara çıxarıldı. Uzun bir vaxt bu şəkildə istifadə olunan ilk ethernet, RG-8 kabelindən istifadə etdi. RG-8-in quraşdırılmasından daha asan olan və ucuz başa gələn RG-58 onu əvəz etmək üçün yaradıldı və 10Base2 modeli yarandı. Ancaq bu iki Ethernet tipi də günümüzdə yerini Twisted Pair(UTP) kabel istifadə edən Ethernet-ə təhvil vermişdir. Hələ ki RG-58 istifadə edən bir şəbəkə tipinə rast gəlmək mümkündür. Aşağıda Ethernetin bütün tipləri və ya növləri ilə tanış olduqdan sonra onların izahı ilə məşğul olaraq.



<< Geri (6.3 CSMA/CD haqqında)  |  6.4 Ethernetin sürəti haqda  |  Irəli (6.5 Ethernet Tipləri) >>

«« CSMA/CD haqqında    Ethernetin sürəti haqda    Ethernet Tipləri. »»
Share


Muəllif: Zabil İbayev