10BaseT siqnalının quruluşu və kabeldən istifadəsi



RJ-45 jak içində kabel tellərinə təmas edəcək pinlər vardır. Bu pinlər vasitəsi ilə şəbəkə kartı hər teldən fərqli bir siqnal yollayır.

RJ-45 jak üzərindəki pinlər, jakın pinləri sizə baxacaq şəkildə tutulduğunda soldan sağa 1-dən 8-ə qədər sırası qəbul edilir.

10BaseT bu pinlərdən 1 və 2-ni məlumat göndərilməsində(TX), 3 və 6-nı isə məlumat alınmasında (RX) istifadə edir

Gördüyünüz kimi 4,5,7 və 8 pinlərə bağlı kabellər istifadə olunmur. Məlumat göndərilməsi və alınması fərqli tel cütlərindən düzəlsədə hub-lı bir sistemdə CSMA/CD texnologiyasının istifadə olunması səbəbi ilə şəbəkə kartı eyni anda bir cütdən məlumat qəbul etməsi və digərindən də göndərməsi mümkün deyildir, yəni full-duplex burada çalışa bilməz. Müəyyən bir anda hub-a bağlı cihazlardan sadəcə birisi tək başına məlumat göndərə bilər və ya ala bilər. Yəni half-duplex çalışa bilər. 1 və 2 pinlərə bağlı kabellər məlumat ötürməsi üçün (Transmit) istifadə edir, 3 və 6 isə məlumat qəbul etməkdə(Receive)istifadə edir. Kabel jak-a taxılarkən, TX kanalı bir cüt kabeli, RX isə başqa bir cüt kabeli istifadə edəcək şəkildə qurulmalıdır. Məsələn, yaşıl və yaşıl-ağ TX üçün yəni pin1 və pin2-yə bağlanmalı, narıncı və narıncı-ağ tellər isə RX kanalı üçün yəni pin 3 və pin6-ya uyğun gətirilməlidir. Rəng cütləri ilə bağlı bildirdiyim bağlantılar məcburi deyildir. Kabel iki ucu da doğru pinlər bir-birinə bağlanacaq şəkildə qurulduğunda kabellərin rəngi nə olursa olsun iş görə biləcəkdir.



<< Geri (6.8.3 10BASET və UTP)  |  6.8.4 10BaseT siqnalının quruluşu və kabeldən istifadəsi  |  Irəli (6.9 10BASE-FL şəbəkəsi haqda) >>

«« 10BASET və UTP    10BaseT siqnalının quruluşu və kabeldən istifadəsi    10BASE-FL şəbəkəsi haqda »»
Share


Muəllif: Zabil İbayev