10BASE-FL şəbəkəsi haqda



10BaseT-dən bir neçə il sonra fiber optik versiyası da yaradılmışdır. Fiber optik kabel üzərindən elektrik yerinə işıq ötürülməsi simli kabel istifadəsinin gətirdiyi bəzi sədləri ortadan qaldırmaqda istifadə olunmuşdur. Fiber kabel ilə bağlı fərqlilikləri kabellər hissəsində göstərmişdik. Ancaq fiber-in təmin etdiyi təməl faydalar bunlardır:

İşıq siqnalları daha uzaq məsafələrə daha asan ötürülə bilər, 10BaseFL 2 km məsafəyə qədər istifadə oluna bilər. Fiber optik kabel elektromaqnitik məkanlarda heç təsir altına düşmür. Bu səbəblə elektromaqnitik çirkliliyin yüksək olduğu yerlərdə istifadə oluna bilər. Fiber kabeldən məlumat oğurlamaq çox çətin olduğu üçün təhlükəsizliyin önəmli olduğu yerlərdə istifadə oluna bilər. 10BaseFL multimode adlanan kabel tipini istifadə edir. İki tip konnektor çox yayılmışdır. ST və SC konnektorlar.

İki tip konnetor olması həm 10BaseFL həm də qabaq ki fiber məhsullarda qarışıqlığa səbəb olduğu üçün istehsalçılar SC tipinə üstünlük veriblər. Fiber kabelləmədə birisi göndərmə və birisi alma üçün daima cüt kabel istifadə olunur, bu səbəblə fiber kabellər ümumiliklə cüt haldadır.

10BaseFL-in qısa məlumatlar:


• 10Mbit sürətində

• Baseband

• Hub ilə node arası 2000m-yə qədər uzunluqda işləyə bilir.

• Star-Bus topoloji istifadə edir.

Fiber bağlantı həm kabelin həm də digər təchizatın, fiber girişli hub, fiber şəbəkə kartının bahalı olması və qurulması çətinliyinə görə, aralarında uzun məsafə olan hub-lar arasında və ya yuxarıda bildirildiyi kimi xüsusi hallarda istifadə olunur. Şəbəkədəki hər PC-dən hub-a fiber istifadə etmək yayılmamışdır.

«« 10BaseT siqnalının quruluşu və kabeldən istifadəsi    10BASE-FL şəbəkəsi haqda    Fast Ethernet »»
Share


Muəllif: Zabil İbayev