Hub-ların bir-birinə bağlanması

Hub-lar ilə bağlı sıx-sıx problem yaradan bir asanlıqdan bəhs etmək lazımdır. Bu gün 16 port bir hub alırsınız, bu mənə uzun bir müddət gedir deyirsiniz, amma network-ünüz o qədər tez böyüyür ki qısa zamanda daha bir hub alırsınız. Bu hub-ları da bir-birinə bağlamanız lazımdı. Yəni hub-ların bir-birinə bağlanması çox sıx qarşılanılan bir vəziyyətdir. Hub-ın üzərində kompüterə taxdığımız portlardan amma bu səfər çarpaz kabel ilə iki hub-ı bağlayırıq. Hub istehsalçıları istifadəçilərin çarpaz kabel ilə əziyyət çəkməməyi üçün belə bir iş ediblər, hub-ların bir çoxunda portlardan ən böyük nömrəyə sahib olanın yanında crossover, uplink, out, MDI/X kimi girişlər mövcuddur. Bu belə mənaya gəlir:
"Əgər bu hub ilə başqa bir hub-ı bağlayacaqsan, düz kabel istifadə edə bilərsən. Düz kabelin bir ucunu bu porta tax və portun yanında bir düymə varsa ona bas, kabelin digər ucunu isə, digər hub-ın normal bir portuna tax."


Dörd nömrəli portun yanındakı düyməyə diqqət edin.

İki hub-ı düz kabel ilə bağlayarkən, kabelin bir ucu 1. hub-ın uplink portuna, digər ucu isə digər hub-ın normal bir portuna taxılır. Üçüncü bir hub daha bağlanılarkən bu səfər 2. hub-ın uplink portu istifadə olunacaqdır.


Bəzən bu uplink portu normal portlardan ayrıdır və basmalı olduğunuz düymə yoxdur

Əgər iki hub-da da BNC çıxışı varsa koaksial kabel ilə də hub-ları bağlaya bilərsiniz. Təbii ki iki ucda sonluq olması lazımdır.



<< Geri (10.1.2 Çarpaz kabel)  |  10.1.3 Hub-ların bir-birinə bağlanması  |  Irəli (10.1.4 Kabel bağlantı standartları) >>

«« Çarpaz kabel    Hub-ların bir-birinə bağlanması    Kabel bağlantı standartları »»
Share


Muəllif: Zabil İbayev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database