Kabel bağlantı standartları

Kabel uclarını düzəldərkən əməl etməniz lazım olan, daha doğrusu əməl etsəniz sizin və sizdən sonra şəbəkəyə müdaxilə edəcək adamın işini asanlaşdıracaq standartlar vardır. Bu standartlara uyğun düzəltdiyiniz kabel məlumat kanallarının eyni tel cütünü istifadə etməsi qaydasına uyğun olacaqdır. EIA/TIA adlı quruluş "EIA/TIA -568-A 'Commercial Building Wiring Standard' " adlı kabelləmə ilə bağlı standartları təyin etmişdir. Bütün dünyada istehsalçıları və texnikləri bu standartları izləyirlər. "EIA/TIA -568-A" standartı içində kabel uclarını düzəldərkən istifadə edə biləcəyiniz elektrik kimi bir-birinin tamamı ilə eynisi olan iki forma təklif olunmuşdur. T568A forması və T568B forması



Düz kabel Düz kabel düzəlmək üçün iki ucda eyni formada olmalıdır, yəni 568A<->568A və ya 568B<->568B şəklindədir. Kabelin hər iki sonluğunda eyni ardıcıllıq gözlənilməlidir.

Çarpaz Kabel Əgər çarpaz kabel düzəltmək istəyirsinizsə bir ucu 568A digərini 568B formasına görə düzəltməlisiniz.

Qeyd: Aşağıda verilən şəkillər vasitəsi ilə qısa vaxtda hansı kabel başlığı necə düzəldilməlidir və cihazlar arasında əlaqə yaratmaq üçün hansı kabel tipdən (düz kabel və ya çarpaz kabel) başlıqlardan istifadə etmək lazım olduğunu yada sala biləcəksiniz.

Düz kabel düzəldərkən iki formadan birini seçib rəng kodlarını əzbərləsəniz və hər düzəltdiyiniz kabeldə bunu istifadə etsəniz, bir kabelin ucu xarab olanda gedib digər ucunu kontrol etmənizə lüzum qalmaz. Hansı formanı seçim deyirsənsə, bir çox yerdə 568A<->568A formasının dünyada ən yayılmış şəkildə istifadə formasıdır. Bunun elə də fərqi yoxdur. Əsas düzəldərkən bunları ayıra bilməkdir. Lazım olanda ikisini də düzəldə bilməlisiniz. Mən yadımda qalmadığı üçün telefonumda ikisini də qeyd etmişəm



<< Geri (10.1.3 Hub-ların bir-birinə bağlanması)  |  10.1.4 Kabel bağlantı standartları  |  Irəli (10.1.5 Gigabit Ethernet üçün kabel yarat) >>

«« Hub-ların bir-birinə bağlanması    Kabel bağlantı standartları    Gigabit Ethernet üçün kabel yarat »»
Share


Muəllif: Zabil İbayev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database