Şəbəkə kartının yerləşdirilməsi və proqram təminatı

İlk növbədə bizə kompüter lazımdı. Kompüterin arxasına bax gör telefon girişinə bənzəyən RJ45 jak üçün giriş var yoxsa yox.

Əgər yoxdursa onda get 10/100 Fast Ethernet kartı al. : ) Bunu etməzdən əvvəl əmin ol ki sənin kompüterində şəbəkə kartını qoşmaq üçün yer mövcuddur. Həmin yerlər yuxarıda göstərilən şəbəkə kartının ağzına, taxılma yerinə uyğun yuvanın başqa sözlə giriş yerinin mövcud olub olmamağını müəyyən edin. Bunun üçün kompüter qutusunun qapağını açın və çalışın əlinizi içinə salmadan(çünki tok var, vura bilər) baxıb görəsiniz kompüterdə elə yer var yoxsa yox. Aşağıda şəkildə o yer dairəyə alınıbdır.

Əgər elə yer varsa get şəbəkə kartını al. Aldın gəldinsə onda çalış ardıcıllıqla hərəkət edəsən. Özünə ziyan vurmadan kompüteri cərəyandan(tokdan) çıxart yoxsa səni yaxşı sirkəliyə bilər və sonra qutunun(prosessorun) qapağını aç və dairəyə aldığım yerdə kartı salmaq üçün giriş yerləri var. Çalış ortada olan yeri seç və şurupu aç, kartın sxemini əzmədən onu üst hissədən, yuxarıdan aşağıya doğru sıx və sol tərəfdəki şurup yerinə oturanda onu bağla. Oradan çıxartdığın dəmiri atmamağın məsləhətdir sonra lazım olur. Kabelləri yerinə tax və kompüteri yandır.
Kompüterdə saat görünən yerdən əsasən yeni bir cihaz qoşulan zaman belə bir mesaj çıxır ki yeni qurğu quraşdırılıb və kompüter onun nə olduğunu aydınlaşdırmağa çalışır. Bu zaman siz şəbəkə kartının diskini çıxardıb onun Driver-ini yükləyirsiniz. Əgər yüklənib yüklənmədiyindən əmin olmaq istəyirsinizsə o zaman

Kompüter açılandan sonra My Computer üzərinə sağ düyməsini ardınca Properities düyməsini sıx
Burada göstərilən düymələrin düzülüşü Vista əməliyyat sistemindədir amma XP-də bu düymə açılan pəncərədə yuxarı menyulardan birində yerləşir.
Açılan pəncərədə Device Manager düyməsini tapın və sıxın.
Əgər şəbəkə kartı yüklənibsə buna oxşar formada şəbəkə kartınızın adı yazılacaqdır. Əgər yükləmə düzgün həyata keçirilməyibsə onda Network adapters şəbəkə kartının adını yox onun yerinə sarı rəngdə sual göstərəcəkdir. Yəni bilinmir bu nə qurğudur. Bu problem deyil sadəcə Driver-i yenidən düzgün formada yüklə və yuxarıda yazılanların hamısını düzgün yerinə yetirdiyinə əmin ol.

Artıq sən kartı yüklədin və biz keçirik növbəti mərhələyə.



<< Geri (10.2 Şəbəkə qurmaq üçün hazırlıq)  |  10.2.1 Şəbəkə kartının yerləşdirilməsi və proqram təminatı.  |  Irəli (10.2.3 İki kompüteri şəbəkə kartları vasitəsi ilə birbaşa qoşma) >>

«« Şəbəkə qurmaq üçün hazırlıq    Şəbəkə kartının yerləşdirilməsi və proqram təminatı    İki kompüteri şəbəkə kartları vasitəsi ilə birbaşa qoşma »»
Share


Muəllif: Zabil İbayev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database