XP əməliyyat sistemində File Sharing(Dosye bölüşdürülməsi)

Aşağıda şəkillərə baxaraq dosye bölüşdürülməsini daha rahat qurmaq olar.

XP



Kompüterinizdə olan hər hansı bölüşdürmək istədiyiniz bir faylın
üzərinə siçanın sağ düyməsini sıxın və orada Properities düyməsinin üzərinə
gəlin və onu sıxın. Sonra açılan pəncərədə menyudan Sharing sözünü tapın.

XP




Yanda göstərdiyim şəkildəki kimi Share this folder on network (bu qovluğu
şəbəkədə bölüş)bura quş qoyun. Sonra bir az aşağısındakı Allow
network users to change my files(Şəbəkə istifadəçilərinin mənim fayıllarımı
dəyişməyə icazə ver) qarşısına quş qoyun. Birinci quş işarəsi sizə qovluqu bölüşmək üçün məcburi lazımdır.
O seçilməzsə heç bir bölüşmə baş verməyəcəkdir. İkinci quş işarəsi isə digər kompüterlə bölüşdüyün sənədləri
dəyişmək ixtiyarı verirsən. Yəni yazı sənədini bölüşsən o zaman
həmin sənədə digər kompüterdən girən adamın ora yazı əlavə edib yadda saxlamasına icazə vermiş olursan.

Ok düyməsinə bas və yadda saxla.

XP



Həmin qovluq üzərində XP-də Share işarəsi olan əl çıxacaqdır. Bu o deməkdir
ki qovluq və ya hər hansı bir sənəd bölüşdürülür. Paylasma
papkasi qovluğundakı dəyişikliyə baxın.

Şəbəkədə bölüşdürülmüş fayılları görmək üçün My Network Place- ə gir. Bir az
gözlə çünki həmişə XP-də gecikmə olur. Sonra digər kompüterin bölüşdürdüyü
qovluqları görəcəksən.



<< Geri (10.3 Fayllarınızı şəbəkə vasitəsi ilə bölüşün)  |  10.3.1 XP əməliyyat sistemində File Sharing(Dosye bölüşdürülməsi).  |  Irəli (10.3.2 Vista əməliyyat sistemində File Sharing(Dosye bölüşdürülməsi).) >>

«« Fayllarınızı şəbəkə vasitəsi ilə bölüşün    XP əməliyyat sistemində File Sharing(Dosye bölüşdürülməsi)    Vista əməliyyat sistemində File Sharing(Dosye bölüşdürülməsi) »»
Share


Muəllif: Zabil İbayev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database