Dial up modem vasitəsi ilə internetə qoşulma və interneti bölüşmə

İnternetə qoşulmaq üçün birinci müəyyən tənzimləmələri etmək lazımdır. Hal hazırda izah edəcəyim qoşulma növü əsasən belə adlanır adi modemlə, fax(faks) modemlə və ya dial up(dayl ap) modemlə qoşulma. Ən axırda yazdığım ad onun işləmə texnikasını daha ətraflı izah edir. Dial up (nömrə yığmaq) deməkdir. Bu modem ilə internetə qoşulmaq üçün ilk olaraq kompüter satan mağazaya girin və bir ədəd 56k fax modem alın. 2008-01-27 qiymətlərinə görə ən ucuzu 8 manatdır. Sonra ikinci məsələ internet kartı. Bu texnologiya yuxarıda dediyim kimi nömrə yığmaq vasitəsi ilə qoşulur. Bəs bu nömrələr nədir?, kim bu nömrələri təyin edir. İnternet satıcıları olan internet provider-ləri fərqli firmalar olduğuna görə hər biri fərqli ATS-lərdə internet paylamaq üçün öz server-lərini yerləşdiriblər. Siz bu firmalardan birinin satdığı interneti alanda onların təklif etdikləri nömrələrə zəng edirsiniz. Əlbəttə ki siz birbaşa o nömrələrə yığıb qoşula bilməzsiniz. İlk olaraq ATS-dən internetə qoşulmaq üçün telefon xəttinizdə bu xidməti açdırmalısınız. Sonra müxtəlif internet kartlarından birinin kartını alaraq o firmanın qoyduğu üsulla onlarda üzv olursunuz. İnternet kartlarını alan zaman sizə müxtəlif saat hesablı kartlar təklif olunur. Yəni 5 saat üzərində yazan internet kartı alsan. İnternet-ə girəndən sonra 5 saat ərzində internet-dən istifadə etmə vaxtınız olur. Əlbəttə siz internetdən çıxan zaman sizin hesabınızda istifadə etmədiyiniz saatlar hələdə qalır. Əlbəttə ki çıxmaq düyməsini çıxan zaman sıxmasanız. Hansı firmanın kartını almağı bilmirsinizsə o zaman ATS-dən soruşun onlarda ən sürətli hansı firmanın kartı işləyir. Əksər hallarda ATS-lərdə internet provider-lərinin reklamları olur. Məncə bu elə o deməkdir ki hansı firma bu bölgədə daha keyfiyyətli xidmət təklif edir. Mən bir məsələyə açıqlıq gətirməkdə çətinlik çəkirəm. O məsələ də aldığınız modemin yüklənməsidir. Çünki mən bilə bilmərəm hansı model modem alacaqsınız. Ona görə ümumi şəkildə nə etməlisiniz onu izah edəcəyəm.
Modemi aldın xeyirli olsun. Onun kabellərini uyğun gələn şəkildə qoş amma çalış pinləri(simləri) qırma. Modemi elektrikə qoş və böyük ehtimal yanında düyməsi var onu da sıx. Yadındadırsa kompüter şəbəkə kartını yükləməyi öyrənən zaman dediyim kimi yeni çihaz qoşulanda kompüter onu sağda aşağıda bildirir. Sən kompüterin diskini sal və onun driver-ini yüklə. Sonra My Computer-in Properities-indən Device manager-ə bax. Əgər modem qarşısında sual yoxdursa modem istifadəyə hazırdır. Əgər varsa sualın üzərinə sıx və oradan Driver hissəsinə gəl və yenidən yükləməyə çalış. Sonra Control Panel-dən Phone and Modem ikonasını tap və daxil ol.

XP və Vista

Açılan pəncərədə Modems düyməsini sıx. Əgər şəkildə olduğu kimi modemin adı yoxdursa onda aşağıda Add düyməsini sıx və əlavə et. Orada heç nəyi dəyişmədən Next düyməsini sıx. Sonra Have disk düyməsini sıx və modemin diskindəki görünən fayllardan birini seç. (Əsasən yazı faylı olur.) Sonra yenə Next düyməsini sıx və modemin kabelini hansı COM porta qoşmuşsansa o COM-u seç.

XP və Vista

Start sonra Settings düyməsini sıxın və daxilindəki Network Connections düyməsini sıxın.

XP



Əgər kompüterinizə şəbəkə kartı yüklənibsə onda sağ tərəfdə Local Area Connection ikonası görünəcəkdir. Bizə lazım olan düymə sol tərəfdə yerləşən Network Tasks menyusundan Create a new connection düyməsidir.

XP



Next düyməsini sıxın və quraşdırmağa başlayaq.

XP




Connect to the Internet seçib davam eləyin

XP

Bu pəncərədə bizə lazım olan variantlardan ikincisini Set up my connection manually variantını seçirsiniz.

XP

Bu pəncərədə Connect using a dial-up modem variantını seçirsən.

XP

Bu pəncərədə isə qoşulmaya ad verirsən. Bu ad qoşulma ikonasının üzərində çıxacaqdır. Əksər hallarda internet kartınızın istehsalçısı olan firmanı yazırlar. Yazıb Next yaz.

XP

Burada isə internet kartının üzərində yazılan dial up nömrələrindən və ya ikinci adı qoşulma nömrələrindən birini bura yazın.

XP

Bəzi firmalar onlarda üzv olmaq üçün yəni istifadəçilərdən birinə çevrilmək üçün sizə User name (İstifadəçi adı) yerinə müvəqqəti Guest (qonaq) və Password (şifrə) yerinə müvəqqəti Guest şifrə yazaraq internetə qoşularaq onların saytına girib qeydiyyatdan keçməyi təklif edir. Bu vaxt siz User name və Password əldə edirsiniz. Bəzi firmalar isə onlara zəng edərək sizə üzvlük adı və şifrə verirlər. Confirm(təsdiqlə) deməkdir. Yəni Password-ü təkrar yaz.

XP

Bu pəncərədə Add a shortcut to this conection to my desktop- qarşısına seçilmiş hala gətirin və Finish düyməsini basın.
Onu da deyim ki Guest kimi daxil olub və üzv adı aldıqdan sonra növbəti dəfə internetə girəndə üzv adınız və şifrənizlə daxil olun. Əks halda ancaq həmin firmanın saytına girə biləcəkdiniz. Çünki Guest adı ilə giriş internetə daxil olmaq üçün deyil. O sadəcə üzvlük saytına daxil olmaq üçündür.

XP və Vista



Artıq, şəbəkə qoşulması ekranında Dial-up qoşulması ikonasını görə bilirik.

Gəlin internetə qoşulmadan əvvəl qoşulma tənzimləmələrini kontrol edək.

XP və Vista

Sağ tərəfdə Dial-Up ikonasını seçirik, solda Network Tasks menyusunda Change settings of this connection düyməsini seçirsiniz.
Ya da ki şəkildə olan UUNET(yada hər nə cür adlandırmısınızsa) adlı Dialup qoşulmasının üzerinə sağ düyməni sıxıb Properties-dən eyni yerə çıxa bilərsiniz.

XP və Vista

Açılan pəncərədəki menyu General düyməsi üzərində olacaqdır. Şəkildə gördüyünüz kimi sizdə də Connect using yerində Modem görünməlidir. Əgər yoxdursa onda modem qoşulmağa hazır deyil deməkdir. Configure(konfiguər)-dən girib modem-i düzəldə bilərsiniz. Phone number(foun nambə)-də Area code(Ərazi kodu)- (Bakı yaşayanlar üçün) 12 yazırsınız. Alternative- kartda olan digər nömrələri əlavə etmək üçündür.
Country code üçün Azerbaijan seçirsiniz.
Dialing Rules-a girin və növbəti şəkilə baxın.

XP və Vista



Pəncərənin yuxarısında oxuya bilərsiniz Phone and Modem Options(opşınz). Aşağıda New Location sözünü işarə et və Edit (redaktə et) düyməsini sıx.

XP və Vista



Location Name(Yerləşdiyi yer)- Bakı, Lənkəran, Qax yaz fərqi yoxdu. Country - Azerbaijan seç Area code- 12(Bakı üçün). Dialing rules(Daylinq rulz)-da birinci xanaya 4 yaza bilərsiniz. Burada Yerli(Local) xəttə(line) bağlanmaq üçün istifadə olunan rəqəmi istəyir. Ya burada yazmalısınız ya da nömrəni yazanda əlavə etməlisiniz. Hər ikisində yazsanız düzgün olmaz. 44 ilə başlayan uzun nömrə alınacaqdır. Bu şəkildə seçilmiş olsa da quşu seçməyin, götürün. Dial using- Elektron ATS-lər üçün Tone olmalıdır. Digərləri üçün Pulse. Bakıda demək olar hamısı Tone-dur elektrondur.

Artıq hər şey hazırdır. Start, Settings, Network Connections və düzəltdiyimiz qoşulma ikonasını sıxırıq. Əlbətdə bu Desktop-da da olmalıdır.

XP




Dial düyməsini sıxın.

XP və Vista



Modemin yığma səsini eşitmək olur. Əgər səs xoşunuz gəlməsə onu kəsmək olur. Bu haqda bir az sonra.

XP və Vista



Müəyyən bir müddətdən sonra modem serverə qoşulanda sən bir az dəyişir və sizin qoşulmaq üçün istifadəçi adınızın və kodunuzun doğru olub olmamağını yoxlayır. Əgər düz deyilsə əlaqə qırılır.

XP və Vista




Əgər doğrudursa sağ tərəfdə aşağıda Əlaqə sürəti yaılır. Siz Dial up modemlə maksimum 56 kilobit/saniyə sürətində qoşula bilərsiniz.

XP və Vista




əlaqəni qırmaq üçün Disconnect düyməsini, qoşulma vəziyyəti haqda məlumat almaq üçün Status düyməsini sıxmalısınız.

XP və Vista



Connection bölməsində siz qoşulmanın Status-unu Connected qoşulubdur, Duration(dyureyşn) nə qədər vaxtdır ki qoşulubdur və Speed qoşulma hansı sürətdədir. Maraqlı olan məlumatlar Activity bölmə-sindədir Sent göndərilən paketlərin, Received qəbul olan paketlərin sayını göstərir. Hər tərəf aktiv hala gələndə o tərəfdə ki kompüter yaşıl işıqla yanır. Bunun eynisini modemdə də görə bilərsiniz. İnternet yaxşı işləməsə buradan təyin edə bilərsiniz. Paketin göndərilməsində yoxsa alınmasında probleminiz var

XP və Vista



Details- düyməsi adından göründüyü kimi digər məlumatları verir. Server ip-si və Client ip-si yəni sizə verilən ip.

Artıq internetə qoşula bilirik. İndi onu şəbəkədəki digər kompüterlə bölüşməyə çalışaq. İnterneti şəbəkədə bölüşə bilməmək ikonası aşağıdakı quraşdırmalardan sonra yox olacaqdır


VİSTA və XP


Əgər şəkildə göründüyü kimi ikona yaranarsa bu limited connection deməkdir. Yəni kompüter şəbəkəyə qoşulub amma internet bölüşdürülməsi yoxdur.

XP və Vista

Local Area Connection sağ düymə Properities-nə daxil olun və açılan pəncərədə menyudan Advanced (qabaqcıl) üçüncü düyməni seçirsiniz və İnternet Connection Sharing bölməsində olan iki xananı da doldurun. Birinci quş qoyulan yerin izahı Allow other network users to connect through this computers Intenet connection- Digər şəbəkə istifadəçilərinə bu kompüterin internet bağlantısından qoşulmağa icazə ver.
Allow other network users to control or disable the shared İnternet connection- Digər şəbəkə istifadəçilərinə bölüşdürülən interneti idarə və ləğv etmə icazəsi ver. Yəni tam istifadə haqqı vermək.
Sonra OK düyməsini sıxın.

XP və Vista



Siz interneti şəbəkə istifadəçiləri arasında bölüşdürmək üçün Dial up qoşulmanın Properities-nə daxil olun açılan pəncərədə ki menyudan Advanced düyməsini sıxın və orada da eyni şəkildə Allow other network users to connect through this computers Intenet connection- Digər şəbəkə istifadəçilərinə bu kompüterin internet bağlantısından qoşulmağa icazə ver düyməsini sıx. Qarşısına quş qoy və OK düyməsini sıxaraq qərarını təsdiqlə.

Vista


Control Panel sonra Network and Sharing Center və açılan pəncərədə ki sol tərəfdə menyuda Set up a connection or network düyməsini sıxın

Vista


Açılan pəncərədə Set up dial-up connection- işarə edin. Sonra Next düyməsini sıxın.

Vista


Xanaları uyğun formada doldurun. XP üçün izah olunmuş Dialing Rules düyməsi də burada yerləşir. Allow other people to use this connection- bu kompüterə qoşulanlara internetdən istifadə etməyə icazə vermək düyməsi işarə olunub. Sonra connect düyməsini sıxın və qoşulun



<< Geri (10.5.3 NET)  |  10.6 Dial up modem vasitəsi ilə internetə qoşulma və interneti bölüşmə (XP və Vista)  |  Irəli (11. Ev daxili ADSL modem vasitəsi ilə internet bölüşmə) >>

«« NET    Dial up modem vasitəsi ilə internetə qoşulma və interneti bölüşmə    Ev daxili ADSL modem vasitəsi ilə internet bölüşmə »»
Share


Muəllif: Zabil İbayev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database