ADSL modemi statik ip-yə görə quraşdırma

İlk növbədə hər hansı bir firmadan DSL qoşulma sifariş edin. Onlar sizdən modemi alıb onlara gətirməyinizi xahiş edəcəklər və ya sizə uyğun modem təklif edəcəklər. Siz gedib mən deyən parametrlərdə olan bir modem alırsınız. 3 gün ərzində onlar DSL parametrlərini qurmaq üçün evə təşrif buyuracaqlar. Sonra ip məlumatlarını kompüterə yazıb, tənzimləyib gedəcəklər. Bu arada sən o ip məlumatlarını bir vərəqə yazırsan. Gələcəkdə 100% lazım olur. Artıq internetin işlədiyini görürsən. Bu arada həmin adamdan xahiş elə sən modemi quraşdıranda orda olsun. Çaydan, mürəbbədən ver başını qat və mən deyən cürə başla modemi qurdalamağa.

Qələmin ucunu sağ tərəfdə yerləşən modemin Reset düyməsi olan yerə sal və düymənin sıxıldığını hiss edəndən sonra onu 10 saniyə sıxılı saxla. Möhkəm sıxıb xarab eləmə. Sonra modemin işıqlarının qismən söndüyünü görəcəksən.
İnternet Exploreri aç və 192.168.1.1 yaz və enter düyməsini sıx. Qarşına çıxan pəncərədə Username-------admin Password--------admin yaz.
Ortada yerləşən Run Wizard düyməsini sıx və mən göstərdiyim ardıcıllıqla irəlilə



<< Geri (11. Ev daxili ADSL modem vasitəsi ilə internet bölüşmə)  |  11.1 ADSL modemi statik ip-yə görə quraşdırma  | 

«« Ev daxili ADSL modem vasitəsi ilə internet bölüşmə    ADSL modemi statik ip-yə görə quraşdırma    DHCP-server vasitəsi ilə bölüşdürmə »»
Share


Muəllif: Zabil İbayev


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database