Outlook Express proqramının pəncərəsi ilə tanışlıq

Qarşınızda Outlook Express proqramının pəncərəsini görürsünüz.
Pəncərənin birinci sətri Başlıq sətri adlanır. Burada proqramın adı yazılır.
Başlığın altında Menyu sətri yerləşir. Bu sətir Fayl (File), Düzəliş (Edit), Görünüş (View), Xidmət (Tools), Xəbər (Message), Yardım (Help) bəndlərindən ibarətdir. Hər bəndə Outlook Express-in işi ilə əlaqədar olan əmrlər daxildir.
Menyunun Görünüş (View) bəndinin üzərində mausun düyməsini basın. Açılan siyahının əmrləri məktubun görünüşünü dəyişməyə imkan verir.
Menyunun bəzi əmrlərini seçdikdə alt menyu açılır. (Edit -> Find)



Əmrlərin çoxunun klaviatur əvəzi vardır. Məsələn, menyunun Fayl (File) bəndinin Çap (Print) əmrini Ctrl+P düymələrini basmaqla, yəni Ctrl düyməsini basıb buraxmadan, P düyməsini basmaqla da yerinə yetirmək olar.
Passiv, yəni hazırki vəziyyətdə işlənə bilməyən, əmrlər boz rəngdə göstərilir. Açıq menyunu bağlamaq üçün pəncərənin hər hansı bir yerində mausun düyməsini basın.
Menyu sətrinin altında alətlər lövhəsi yerləşir. Menyunun əmrləri vasitəsilə yerinə yetirilən əməliyyatlar alətlər lövhəsinin düymələri vasitəsi ilə də yerinə yetirilə bilər.



Qovluqlar (Folders) sahəsinə diqqət yetirin. Burada Outlook Express-də susmaya görə istifadə olunan qovluqların siyahısı verilir.
Daxil olan (Inbox) qovluğu daxil olan məktubların saxlanması üçün istifadə edilir. Qovluğun adının sağ tərəfində mötərizədə oxunmamış məktubların sayı göstərilir.
Digər qovluqların yanında da, onların içindəki oxunmamış məktubların sayını görmək olar.
Göndərilən (Outbox) qovluğunda göndərilmək uçun hazır olan məktublar saxlanılır.
Göndərilmiş məktublar Göndərilmiş (Send Items) qovluğunda yerləşdirilir.
Ləğv edildikdə, məktublar Silinmiş (Deleted Items) qovluğuna keçirilir.
Qaralama (Drafts) qovluğu hal-hazırda lazım olmayan məktubların müvəqqəti saxlanması üçün nəzərdə tutulmuşdur.

«« Poçtun Sazlanması Ustası    Outlook Express proqramının pəncərəsi ilə tanışlıq    Outlook Express proqramının alətlər lövhəsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database