Yeni qeydiyyat yazısı

Adətiniz üzrə istifadə etdiyiniz poçt qutusundan (serverindən) uzaqda olarkən sizə gələn məktubları qəbul edə bilərsiniz. Bunun üçün Yeni Qeydiyyat yazısı əlavə edilməlidir.
Gəlin, yeni Qeydiyyat yazısının daxil edilməsi qaydalarını öyrənək.
Daxil olan (Inbox) qovluğu açıq olan zaman menyunun Xidmət (Tools) bəndini açıb Qeydiyyat yazısı (Accounts) sətrini seçin.
İnternetin Qeydiyyat Yazıları (Internet accounts) dialoq pəncərəsi açılır. Əlavə (Add), sonra Poçt (Mail) düyməsini basın.



İnternetin Sazlanması Ustası (Internet Connection Wizard) pəncərəsi açılır. Bu pəncərə artıq sizə tanışdır. İstifadəçinin adını yazın. Məsələn, Rashad Aliev. "İrəli" (Next) düyməsini basın. Elektron Ünvan pəncərəsində rashad@firststeps.az yazın və "İrəli" (Next) düyməsini basın.
Növbəti pəncərədə Daxil olan (Incoming Mail) və Göndərilən (Outgoing mail) məktublar üçün serverlərin ünvanları göstərilir. Yuxarıda qeyd etdiyimiz kimi, bu ünvanlar İnternet Xidmətçisi tərəfindən verilir.
Misal üçün, Daxil olan və Göndərilən məktublar üçün firststeps.az unvanı daxil edin. "İrəli" (Next) düyməsini basın, növbəti pəncərəyə keçin.
Gördüyünüz kimi, qeydiyyat yazısı sahəsində yeni yazı yarandı. İndi isə, yeni yazı üçün parol daxil edilməlidir. "İrəli" (Next) düyməsini basın. Növbəti pəncərədə "Son" (Finish) düyməsini basın.
İnternetin Qeydiyyat Yazıları (Internet Accounts) pəncərəsində yeni qeydiyyat yazısını görürsününz.

«« Qeydiyyat yazısı    Yeni qeydiyyat yazısı    Poçt proqramının parametrlərinin sazlanması »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database