Poçt proqramının parametrlərinin sazlanması

Poçt istifadəçisi parametrlərinin sazlanması üçün menyunun Xidmət (Tools) bəndindən Parametrlər (Options) əmrini seçin.



Ümumi (General) səhifəsini açın. Mausla aşağıdakı sahələri aktivləşdirin:
İşə salındıqda "Daxil olan məktublar" qovluğunu açmalı (When starting go directly in my Inbox folder) və Yeni xəbərləri hər 15 dəqiqədən bir yoxlamalı (Check for new messages every 15 minutes).
Sonra adının üzərində mausun düyməsini basmaqla növbəti Oxumaq (Read) səhifəsini açın. 5 saniyədən sonra məlumatı oxunmuş hesab etməli (Mark message as read after displaying for 5 seconds) sahəsinə fikir verin. Bu sahənin aktivləşdirilməsi onu göstərir ki, məlumatın üzərində 5 saniyədən artıq dayandıqda, bu məlumat oxunmuş kimi qeyd olunur. Belə xəbərləri Outlook Express açıq zərf şəkli ilə qeyd edir.
Göndərilmə (Send) səhifəsini seçin. Göndərilmiş məktubların surətlərini "Göndərilmiş Xəbərlər" qovluğunda saxlamalı (Save copy of sent messages in the "Sent Items" Folder) sahəsinin aktivləşdirilməsi göndərilmiş məktubların mətnini, yaxud cavaba daxil edilmiş məktub mətnlərini qoruyub saxlamağa imkan verir.
Bu səhifədə Məlumatın göndərilmə formatını (Mail sending Format) göstərmək olar. Xəbərlər iki formatdan birində göndərilə bilər: HTML və mətn formatında.
Növbəti Orfoqrafiya (Spelling) səhifəsinə keçin. İstəyinizlə məktubu göndərməzdən əvvəl mətndə orfoqrafik səhvlərin olub-olmadığını yoxlamaq olar. Bunun üçün Göndərilmədən əvvəl orfoqrafiyanın yoxlanması (Always check spelling before sending) sahəsini seçin. Outlook Express proqramının ingilis dilli versiyasında yoxlama üçün ingilis dili lüğətindən istifadə olunur.
Xəbərlərin mühafizə parametrlərini Mühafizə (Security) səhifəsində göstərmək olar. Məsələn, məktubun başqa bir istifadəçi tərəfindən oxunmasının və ya adınızdan istifadə edərək, məktub göndərilməsinin qarşısını almaq üçün lazımi sahələri aktivləşdirmək lazımdır. Bu sahələrdən biri Bütün məlumat rəqəmli imza ilə göndərilməli (Digitally sign all outgoing messages), o birisi isə, Göndərilən xəbərlərin məzmunu şifrələnməli (Encrypt contents and attachments for all outgoing messages) sahəsidir. Rəqəmli imza məktubun məhz sizin tərəfinizdən yazılmasını təsdiq edir.
Parametrləri təsdiqləmək üçün OK düyməsini basın.

«« Yeni qeydiyyat yazısı    Poçt proqramının parametrlərinin sazlanması    Elektron imza »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database