Əlavə edilmiş faylların qorunub saxlanması

Lazım gəldikdə əlavə edilmiş faylı qoruyub saxlamaq olar. Mausun oxunu istədiyiniz faylın üzərinə gətirin, sağ düyməni basın, açılan menyudan ... kimi yadda saxlamaq (Save As) əmrini seçin.
Əlavəni ... kimi yadda saxlamaq (Save attachments as) dialoq pəncərəsi açılır. Burada faylı yerləşdirəcəyiniz qovluğu seçin. Yadda saxlamaq (Save) düyməsini basmazdan əvvəl faylın adını dəyişə bilərsiniz. Bunun üçün Faylın adı (File name) sahəsində yeni ad, məsələn, InformTech yazın. Sonra Qorumaq (Save) düyməsini basın.

«« Əlavə edilmiş fayllara baxılma    Əlavə edilmiş faylların qorunub saxlanması    Məktubların sıralanması »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database