Hazır tərtibat şablonlarından istifadə

Mühazirənin mətni əvvəlcədən müəyyən edilib hazırlanıbsa təqdimatın yaradılması üçün PowerPoint-in təklif etdiyi tərtibat şablonlarından istifadə etmək olar.

Faylà Yeni (Fileà New) əmrini seçin (şəkil 8).



(şəkil 8)


Sağ tərəfdə Yeni təqdimat (New Presentation) pəncərəsi açılır. Bundan sonra New hissəsində Blank Presentation hissəsini seçirsiniz. Bu pəncərənin Tərtibat şablonları (Slide Layout) səhifəsində şablonların siyahısı verilir. Title Slide düyməsini sıxırıq (şəkil 9).



(şəkil 9)


Təqdimat pəncərəsi açılır və siz birinci, sərlövhə slaydını görürsünüz. Slaydın başlığı (Click to add title) sahəsində mausun düyməsini sıxın və təqdimatın başlığını , məsələn: "İnformasiya Texnogiyalarının Təhsildə Tətbiqi" mətnini yazın.

Başlığa izahat yazmaq üçün ikinci sahənin(Click to add subtitle) üzərində mausun düyməsini sıxın və "Yeni informasiya texnologiyaları" mətnini yazın.

Standart alətlər lövhəsinin Yadda saxlamaq (Save) düyməsini sıxın. Təqdimatın yadda saxlanması pəncərəsi açılır. Bu pəncərədə istədiyiniz qovluğu seçə bilərsiniz.

Hal-hazırda Mənim sənədlərim (My Documents) qovluğu açılmışdır və sizin təqdimat məhz bu qovluqda saxlanacaq. Faylın adı (File Name) sətirində "firststeps" yazın (şəkil 10). Yadda saxlamaq (Save) düyməsini sıxın. Təqdimat bir neçə slayddan ibarət olarsa, yadda saxlanarkən təqdimatın tərkibində olan slaydların hamısı vahid bir fayl kimi bir ad altında saxlanır.



(şəkil 10)

«« Avtoməzmun Ustası    Hazır tərtibat şablonlarından istifadə    Yeni slaydların əlavə edilməsi »»
Share


Muəllif: Bakı Elmi Tədris Mərkəzi


YER Hostinq

Pulsuz elanlar saytı

Internet Jobs Database